Arvadını qətlə yetirərək Gürcüstana qaçan şəxs saxlanılıb

Arvadını qətlə yetirərək Gürcüstana qaçan şəxs saxlanılıb

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.