AZƏRTAC Belarus XİN-in rəsmi saytına istinadla xəbər verir ki, fevralın 8-də Belarus xarici işlər nazirinin müavini Yelena Kupçina Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) bu ölkədəki nümayəndəsi Zeynal Hacıyev ilə görüşüb.
Görüşdə tərəflər Belarus ilə BMT arasında qurumun mandat fəaliyyəti, o cümlədən miqrasiya, insan alverinə qarşı mübarizə, sərhədlərin idarə olunması məsələlərinə dair cari və perspektiv əməkdaşlığın istiqamətlərini müzakirə ediblər, habelə həmin sahələrdə milli potensialı möhkəmləndirmək məqsədi ilə beynəlxalq texniki yardımın cəlb olunmasına dair birgə addımları nəzərdən keçiriblər.