Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur barəsində həbs qətimkan tədbiri seçib

Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur barəsində həbs qətimkan tədbiri seçib

Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur - “Samruk-Kazına” Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolu” SC-nin rəhbəri Eljas Otınşiyevin barəsində həbs qətimkan tədbiri seçib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, rəhbər şəxslər korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bu məmurlar noyabrın 12-də müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və noyabrın 14-də istintaq məhkəməsi onların barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.

Məhkəməyəqədər istintaq davam edir. İşin əlavə təfərrüatları açıqlanmayıb.