ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvləri Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanmasının qarşısını alıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bildirilib ki, konqresmen Tomas Massinin Heqsetə qarşı impiçment qətnaməsinin Məhkəmə Komitəsinə göndərilməsi təklifi 211 səsə qarşı 204 səslə qəbul edilib. Bununla da məsələ ilə bağlı prosedurun növbəti Konqres sessiyasınadək təxirə salınmasına şərait yaranıb.

Massi Pentaqon rəhbərini Konqresin razılığı olmadan İrana qarşı müharibə aparmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Ağ Ev isə impiçment təşəbbüsünə qarşı çıxaraq onu siyasi motivli addım adlandırıb.