Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə dair Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.
Əbu-Dabidəki danışıqların əsas prioritetləri hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik zəmanətləri, Ukraynanın iqtisadi bərpası və inkişafı, humanitar tədbirlərdir.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov rəhbərlik edir.