Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Kiyevdə danışıqlar başlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqramında bildirilir.

Qeyd edək ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 6-da Kiyevə gəliblər. Bundan öncə onlar Moskvada olublar və Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.