Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Nigeriyanın cənubunda boru kəmərindən neft oğurluğu cəhdi zamanı zəhərli havadan 37 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, hadisə Port-Harkort yaxınlığındakı Okrika kəndində baş verib. Məlumata görə, cinayətkarlar nefti qanunsuz yolla çıxarıb satmaq üçün boru kəmərinə müdaxilə ediblər.

Nigeriyanın cənubunda neft oğurluğu və qanunsuz neft emalı geniş yayılıb. Hüquq-mühafizə orqanları bu fəaliyyətin qarşısını almaq üçün mütəmadi əməliyyatlar keçirirlər.