Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kiyevə səfəri yaxın günlərdə baş tuta bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, səfərlə bağlı ilkin tarixlər artıq müəyyənləşdirilib və ABŞ nümayəndələrindən təsdiq alınıb.

Zelenski Vitkoff və Kuşnerlə Kiyevdə görüşü səbirsizliklə gözlədiyini deyib.