Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanının məhdud olması iddiasını rədd edib.

AZƏRTAC xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin bölgədəki hərbi seçimləri məhdud deyil: "Qətiyyən yox. Bu, sadəcə nə baş verəcəyini izləyəcəyimiz deməkdir".