İndoneziyanın Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Labuan Bajo şəhərindən 162 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.