Paytaxtda oğurluq edən qardaşlar saxlanılıblar

Paytaxtda oğurluq edən qardaşlar saxlanılıblar

Səbail rayonundakı evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ev sahibi 5 min manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən iki qardaş - 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalar nəticəsində onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.