Xalqımız parlaq Zəfərin yaratdığı milli qürurla fəxr edir
17.11.2022 [15:26]
Torpaqlarımızı düşmən işğalından azad edərək adını Azərbaycan tarixinə xilaskar Müzəffər Ali Baş Komandan kimi yazdıran cənab İlham Əliyev ən çətin bir missiyanın öhdəsindən gəldi. Nə az, nə çox - düz 30 il Ermənistan tərəfindən işğal altında qalan ərazimizin 20 faizi artıq azaddır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz xalqımızın 30 illik intizarına 44 günlük müharibə ilə son qoymağı bacardı.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, ölkə Prezidentimiz 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada təşkil olunmuş tədbirdə çıxışı zamanı bizi parlaq Zəfərə çatdıran inkişaf yolunu bir daha nəzərdən keçirib: “Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
8 Noyabr rəşadət bayramı, ədalət bayramı, milli qürur, milli ləyaqət bayramı kimi Azərbaycan tarixinə əbədi yazıldı. Məhz, verdiyi sözlərə sadiq, sözü də imzası qədər dəyərli olan ölkə Başçımızın ətrafında sıx birləşən xalqımızın sarsılmaz iradəsindən güc alan şanlı Ordumuzun qazandığı Zəfərdə illərin əziyyəti var.
Qarabağ probleminin cəmi 44 günə həll edilməsi uzun illər davam edən hərtərəfli hazırlığın bəhrəsidir. Haqq savaşından qalib çıxan Azərbaycan dövləti ordu quruculuğuna, sərhədlərimizin müdafiəsinə xüsusi diqqət ayırır. Dünyaya səs salan tarixi Zəfərimizdən keçən son iki ildə Azərbaycan Ordusu daha da güclənib. Müzəffər Ali Baş Komandan bu reallığı Şuşadan bir daha hər kəsə bəyan etdi: "İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər. Azərbaycan əsgərinin canı, qanı bahasına torpaqlarımız işğaldan azad edildi, bu ərazilərimizdə Azərbycan Bayrağı dalğalanır. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı.
Ramil Orucov onu da qeyd edib ki, bu gün Şuşada yenə də azan səsi eşidilir, işğaldan azad olunmuş bütün ərazilərdə infrastruktur yenilənir, əzəli-əbədi torpaqlarından didərgin düşmüş soydaşlarımız öz yurd-yuvalarına qaytarılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Müstəqil Azərbaycan bu böyük Zəfərə Ümummilli Lider Heydər Əliyevin və dahi rəhbərin strateji kursunu davam etdirən, zəmanəsinin ən parlaq liderlərindən biri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin illərlə çəkdiyi zəhmət hesabına nail olundu. Xalqımız parlaq Zəfərin yaratdığı milli qürurla, milli ruhla fəxr edir, gələcəyə böyük inamla baxır - YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

