Soçi görüşünün gündəliyinin müəllifi Azərbaycan oldu
04.11.2022 [15:35]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Təkcə son zamanlar dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, həmçinin qatıldığı beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu səfərlər zamanı keçirilən görüşlərdə, həmçinin beynəlxalq tədbirlərdəki çıxışlarında əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldən cənab İlham Əliyev sülh müqaviləsinin imzalanmasının vacibliyini xüsusi qeyd edir.
Ölkə Prezidenti oktyabrın 31-də Rusiyanın Soçi şəhərinə işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də bu fikri xüsusi qeyd etdi ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyanat çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olan 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Dövlət başçısı İlham Əliyevin hər bir görüşdə, o cümlədən Soçi görüşündə ilk olaraq “Qarabağ münaqişəsi artıq tarixdə qalıb” reallığını ifadə etməsi danışıqların gündəliyinin yeni istiqamətdə tərtibində, yəni tarixi Zəfərimizin diktə etdiyi reallıqlara söykənərək müzakirələrin aparılmasında əhəmiyyətli rol oynayır. Qarabağ münaqişəsinin tarixdə qalmasının vurğulanması ilə bu məqam önə çəkilir ki, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması əsas məsələlər sırasındadır. Bu, çox ciddi addımlar tələb edən formatdır.
Bu fikir daim qeyd edilir ki, Ermənistana sülh təklifinin edilməsi 30 illik işğal dövründə yaşadıqlarımızın, qanları, canları ilə tarix yazan şəhidlərimizin unudulması anlamına gələ bilməz. Bunları xalqımız unutmur və unutmayacaq.
Qarabağ münaqişəsi artıq tarixə qovuşduğu üçün münasibətlərdə yeni səhifənin açılması vacibdir. Əksər dünya gücləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün sülh müqaviləsinin imzalanmasını dəstəkləyir və bunu irəli sürdükləri təşəbbüslərində, atdıqları addımlarda ifadə edirlər. Rusiya Prezidenti Vladimir Putinin, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər və yekunda əldə olunan nəticələr sülh müqaviləsinə gedən yolun yaxınlaşdığını təsdiqləyir. Oktyabrın 31-də keçirilən Soçi görüşü də bu baxımdan əhəmiyyətlidir. Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin bəyanatında əsas prinsiplərə sadiqlik ifadə edilir. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olundu. Bəyanatda bu mühüm məqama da diqqət yönəldilir ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Artıq göründüyü kimi, hər bir müddəa Azərbaycanın maraqlarının müdafiəsidir. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayan Azərbaycan 30 illik işğal dövründə Ermənistanın və ona havadarlıq edənlərin münaqişənin həllinin uzadılması istiqamətində göstərdikləri səylərdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən narahatlığını ifadə etsə də haqqın, ədalətin zəfər çalacağına əmin idi. Bu gün tarixi Zəfərimizin və onun yaratdığı reallıqların qəbulunun qürurunu yaşayırıq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

