Qubadlı yeni inkişaf mərhələsini yaşayır
24.10.2022 [15:28]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycan tarixinin zirvə nöqtəsi oldu. 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü bərpa edən 44 gündə yazılan şanlı tarix Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi. Azərbaycanın hərbi və iqtisadi gücünün, xalqımızın milli birliyin dünyaya nümayişi olan Vətən savaşı 44 gün ərzində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyinə şahidlik etdi.
Xalqımızın əyilməz ruhunu göstərən möhtəşəm qələbədən dərhal sonra dövlət başçısının bütün səyləri işğaldan azad edilən ərazilərin quruculuq və bərpa işlərinin sürətlə davam etdirilməsinə, həyatın tezliklə adi axarına düşməsinə yönəldildi.
Cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan torpaqlarda artıq həyat yenidən canlanmağa başlayıb. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müntəzəm işğaldan azad edilən ərazilərə səfərləri bir daha bütün Qarabağın inkişafının düşünülmüş və planlı şəkildə aparıldığını təsdiq edir.
Düşməndən azad edilməsi ilə 44 günlük müharibənin tarixi əhəmiyyətli dönüş nöqtəsi olan Qubadlı Şuşa, Laçın, Kəlbəcərə, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər işğaldan azad edilən torpaqlar kimi yeni inkişaf mərhələsini yaşayır. Cənnət yurdlarımıza həsrət qalmağın ağrı-acısını yaşayan, dədə-baba torpaqlarından zorla didərgin salınaraq ölkənin dörd bir yanına pərən-pərən düşmüş yüzminlərlə soydaşlarımız indi Böyük qayıdışa hazırlaşır. 30 il ərzində dədə-baba yurdundan didərgin düşmüş məcburi köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir, nəhəng tikinti və quruculuq işləri sürətlə davam edir.
Oktyabrın 19-da ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydular. Beləliklə, düşmənin dağıtdığı, yerlə-yeksan etdiyi Qubadlı rayonu ən müasir normalara uyğun, tarixi keçmişi saxlanılmaqla yenidən qurulur.
Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan dərhal sonra işğaldan azad etdiyi ərazilərdə rayonlar arasında birləşməni təmin edəcək yolların istifadəyə verilməsi insanların rahatlığının təmin edilməsinə hesablanıb. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yolun çəkilməsi isə burada istehsal olunacaq məhsullarının bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaradacaq.
Qürurverici haldır ki, erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, viran qoyulmuş yurdlarımız dirçəlir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bütün bu misilsiz işlər birbaşa Prezident cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq həmin bölgələrimizə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, tapşırıqlarını verir. Tezliklə öz yurdlarına dönəcək soydaşlarımız üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görür.
Düşmən tapdağından qurtulub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

