Naxçıvanın inkişafında yeni və real hədəflər
14.08.2026 [13:31]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana 11 avqust
2026-ci il tarixdəki səfəri, muxtar respublikanın gələcək inkişaf istiqamətlərini
müəyyən edən mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı. Səfər çərçivəsində
sənaye, energetika, nəqliyyat, sosial infrastruktur, şəhərsalma, tarixi-mədəni irsin
qorunması və müdafiə sahələrini əhatə edən layihələrin təqdim olunması
Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu gün Naxçıvana münasibətdə əsas hədəf yalnız ayrı-ayrı infrastruktur
layihələrinin həyata keçirilməsi deyil. Qarşıya qoyulan məqsəd muxtar
respublikanın iqtisadi potensialının tam hərəkətə gətirilməsi, yeni istehsal
sahələrinin yaradılması, məşğulluğun artırılması, nəqliyyat imkanlarının
genişləndirilməsi və Naxçıvanın Azərbaycanın ümumi iqtisadi inkişaf sisteminə
daha sıx inteqrasiyasıdır. Bu baxımdan dövlət başçısının müəyyən etdiyi strateji
xətt uzunmüddətli və çoxşaxəli inkişaf modelinə əsaslanır.
Naxçıvan Sənaye Parkının yaradılması bu siyasətin mühüm istiqamətlərindən
biridir. Yeni sənaye müəssisələrinin formalaşdırılması, yerli istehsal imkanlarının
genişləndirilməsi, sahibkarlığın təşviqi və yeni iş yerlərinin açılması muxtar
respublikanın iqtisadi strukturunun daha da şaxələndirilməsinə xidmət edir.
Burada əsas məsələ təkcə istehsal müəssisələrinin sayının artırılması deyil. Məqsəd
yerli resurslardan səmərəli istifadə edən, rəqabətqabiliyyətli məhsul istehsal edən
və ixrac imkanlarına malik yeni iqtisadi mühitin formalaşdırılmasıdır. Naxçıvanın
coğrafi mövqeyi və gələcək nəqliyyat imkanları nəzərə alındıqda sənayenin
inkişafı regionun tranzit və logistika potensialı ilə qarşılıqlı şəkildə tamamlanacaq.
Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas istiqamətlərdən biri nəqliyyat
infrastrukturu və regional kommunikasiyalar oldu. Naxçıvanın dəmir yolu
şəbəkəsinin yenidən qurulması yalnız muxtar respublika üçün deyil, bütövlükdə
Azərbaycanın regional nəqliyyat strategiyası baxımından mühüm əhəmiyyət
daşıyır.
Yeni regional reallıqlar Naxçıvanın coğrafi mövqeyinə tamamilə fərqli strateji
məna qazandırır. Kommunikasiyaların açılması Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan arasında daha səmərəli nəqliyyat əlaqəsinin qurulmasına, eyni zamanda
ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin daha da güclənməsinə
imkan yaradacaq.
Beləliklə, Naxçıvanın uzun illər müəyyən məhdudiyyətlər yaradan coğrafi
mövqeyi yeni şəraitdə onun mühüm üstünlüklərindən birinə çevrilir. Muxtar
respublika Azərbaycanı Türkiyə və daha geniş coğrafiya ilə birləşdirən mühüm
nəqliyyat-logistika mərkəzi olmaq üçün böyük potensiala malikdir.
Naxçıvanın zəngin günəş enerjisi potensialı muxtar respublikanın gələcək
inkişafında xüsusi yer tutur. Həyata keçirilən günəş enerjisi layihələri həm enerji
təhlükəsizliyini gücləndirir, həm də gələcək sənaye və iqtisadi inkişaf üçün mühüm
baza yaradır.
Yaşıl enerji istehsalının genişləndirilməsi Naxçıvanın Azərbaycanın bərpaolunan
enerji strategiyasında rolunu daha da artıracaq. Bu yanaşma iqtisadi inkişafın enerji
təhlükəsizliyi, müasir texnologiyalar və ekoloji dayanıqlılıqla paralel aparıldığını
göstərir.
Naxçıvanın yeni inkişaf strategiyasının mühüm xüsusiyyətlərindən biri iqtisadi
layihələrlə sosial siyasətin paralel həyata keçirilməsidir. Regional DOST
Mərkəzinin istifadəyə verilməsi, sosial evlər kompleksinin yaradılması, yeni iş
yerlərinin açılması və Naxçıvan şəhərinin uzunmüddətli inkişaf planının
hazırlanması bunun bariz nümunəsidir.
Yeni müəssisələrin yaradılması yeni iş yerləri deməkdir. Müasir nəqliyyat
infrastrukturu insanların imkanlarını genişləndirir, sosial xidmətlərin
təkmilləşdirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması isə əhalinin həyat
keyfiyyətinə birbaşa təsir göstərir. Bu mənada həyata keçirilən siyasətin
mərkəzində insan və onun rifahı dayanır.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan səfərinin mühüm cəhətlərindən
biri də böyük iqtisadi və infrastruktur layihələri ilə yanaşı, tarixi-mədəni irsə
xüsusi diqqət göstərilməsi oldu. Möminə xatun türbəsində aparılan bərpa işləri,
Əcəmi Naxçıvaninin irsinə göstərilən yüksək diqqət bu siyasətin mühüm
göstəricisidir.
Naxçıvan yalnız böyük iqtisadi potensiala malik ərazi deyil, Azərbaycan
dövlətçilik tarixinin, memarlığının, mədəniyyətinin və milli yaddaşının mühüm
mərkəzlərindən biridir. Ona görə də yeni Naxçıvan qurularkən onun tarixi
simasının qorunması, qədim irsinin gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət
daşıyır. Müasir inkişafla milli kimliyin və tarixi yaddaşın qorunmasının vəhdəti
həyata keçirilən siyasətin ən mühüm xüsusiyyətlərindəndir.
Səfərin ümumi mənzərəsinə nəzər saldıqda bir mühüm nəticə ortaya çıxır:
Naxçıvan üçün yeni və sistemli inkişaf modeli formalaşdırılır. Sənayedən
energetikaya, dəmir yolundan sosial xidmətlərə, şəhərsalmadan tarixi abidələrin
bərpasına qədər geniş sahələri əhatə edən layihələr görülən işlərin miqyasını və
ardıcıllığını göstərir.
Prezident İlham Əliyevin siyasi xəttinin əsas xüsusiyyətlərindən biri strateji
məqsədlərin konkret layihələr və real nəticələrlə tamamlanmasıdır. Naxçıvanda da
bu yanaşma aydın görünür: bir tərəfdən yeni iqtisadi imkanlar yaradılır, digər
tərəfdən sosial rifah yüksəldilir, tarixi irs qorunur, təhlükəsizlik möhkəmləndirilir
və regionun beynəlxalq nəqliyyat sistemində gələcək yeri müəyyənləşdirilir.
Bu gün Naxçıvanda həyata keçirilən genişmiqyaslı dəyişikliklər təkcə muxtar
respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcəyinə hesablanmış strateji
siyasətin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən və
ardıcıl siyasəti Naxçıvanın mövcud potensialını real inkişaf imkanlarına çevirir,
onun Azərbaycanın iqtisadi və siyasi həyatındakı rolunu gücləndirir və muxtar
respublikanın qarşısında yeni perspektivlər açır. Tarixi irsinə söykənən, müasir
infrastruktura, güclü iqtisadiyyata və yeni strateji bağlantılara malik Naxçıvan
Azərbaycanın yüksəlişinin mühüm ünvanlarından birinə çevrilir.
Yeni Azərbaycan Partiyası
Culfa rayon təşkilatının sədri Qadir İbrahimov
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

