Bu çıxış, dövlət idarəçiliyində yeni davranış modelidir
15.11.2025 [15:25]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Noyabrın 12-də Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçıları ilə görüşü sadəcə rəsmi təyinat mərasimi deyildi. Əslində bu çıxış, dövlət idarəçiliyində yeni davranış modeli və məmur etikası üçün proqram xarakteri daşıyır.
Prezidentin nitqi həm xəbərdarlıq, həm də strateji istiqamət idi – həm mərkəzi, həm də yerli idarəetmə sisteminə ünvanlanan açıq mesajlar verdi.
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən Azərbaycanda idarəetmə ilə bağlı ciddi mesajlar verdi. Çıxışın ən vacib bəndlərindən biri də əvvəlki neqativ hallara münasibət idi.
Prezident bildirdi ki, “artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb, qanunsuz tapşırıqlar verənlər bu gün məhkəmə qarşısında cavab verirlər”. Bu yalnız keçmişə verilən qiymət deyil, həm də yeni idarəetmə modelinin manifestidir.
Bu görüş sadəcə kadr dəyişikliyi aktı deyil, həm də dövlət idarəçiliyində etik, sosial və siyasi prinsiplərin yenilənmiş bir mərhələyə qədəm qoyduğunu təsdiqləyən hadisə idi. Prezidentin yeni rəhbərlərə müraciətində səslənən “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” ifadəsi, bir tərəfdən onlara olan güclü inamı əks etdirir, digər tərəfdən isə vəzifəyə bir xidmət fəlsəfəsi kimi yanaşmağın vacibliyini vurğulayır”.
“Xalqa xidmət edin, xalqla bir yerdə olun”. Bu cümlə idarəetmədə hakimiyyət və xalq münasibətlərinin fəlsəfəsini dəyişən mesajdır. Prezident açıq şəkildə dedi ki, məmur xalqa qarşı yox, xalq üçün işləməlidir.
Eyni zamanda, İlham Əliyev məmurların davranışına toxunaraq qeyd etdi ki, təvazökarlıq və etik davranış dövlətin nüfuzunun tərkib hissəsidir. Onun sözləri ilə desək, “bəziləri təkəbbür və lovğalıq göstərərək həm öz nüfuzlarını, həm də dövlətin siyasətinə etimadı itirirlər”.
Bu, uzun illərdir ictimai qınağa səbəb olan məmur eqosuna birbaşa cavab idi. Prezident açıq mesaj verdi: məmurun dəyəri kreslosu ilə deyil, davranışı ilə ölçüləcək.
Prezident bildirdi ki, “İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” lazımdır. Fikrimcə, əslində bu tələb dövlət idarəetməsinin əsas mahiyyətini müəyyənləşdirdi.
Ölkə başçısı böyük etimad göstərilən şəxlərə bildirdi ki, bu, sadəcə inzibati tələb deyil, dövlətlə məmur arasındakı münasibətlərin fundamental fəlsəfəsidir. Eyni zamanda, bu Ulu Öndər Heydər Əliyevin “xalq dövlət üçündür, dövlət xalq üçündür” konsepsiyasının müasir kontekstdə tətbiqi kimi qiymətləndirlir.
Prezidentin bu çağırışı həm də məmur-vətəndaş əlaqələrində şəffaflığın və etimadın yenidən qurulmasına yönəlmiş ciddi bir işarədir.
Prezidentin çıxışının ən sərt hissəsi korrupsiya ilə bağlı idi: “Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qarşısında cavab verməli olur. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.
Bu, həm mərkəzi, həm də yerli idarə orqanlarına sıfır tolerantlıq siyasətinin davam etdiriləcəyi mesajıdır. İlham Əliyev açıq bildirdi ki, “qanunsuz tapşırıq” dövrü bitib – heç bir məmur qanundan üstün ola bilməz. Əgər belə hallar baş verərsə, bu barədə birbaşa Prezidentə məlumat verilməlidir.
Bu yanaşma məmurlara həm məsuliyyət, həm də hüquqi sığınacaq verir. Artıq heç kim “mənə yuxarıdan tapşırılıb” bəhanəsinə sığınaraq qanunsuzluğa haqq qazandıra bilməyəcək.
Cənab Prezident İlham Əliyev bir daha aydın şəkildə ifadə etdi ki, rəhbər vəzifə təkcə səlahiyyət deyil, eyni zamanda böyük məsuliyyət və mənəvi nümunə tələb edir: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Özlərini hamıdan üstün tutan məmurlar həm öz nüfuzlarını, həm də dövlətin siyasətinə olan etimadı itirirlər.”
Bu sitat dövlətin əsas götürdüyü etik idarəçilik modelini təsvir edir. Məmurun davranışı və əxlaqı artıq şəxsi deyil, birbaşa dövlətin reputasiyası ilə əlaqəlidir.
Cənab Prezidentin “əyri yola gedən hər bir məmur qanun qarşısında cavab verəcək” mesajı illərdir aparılan korrupsiya ilə mübarizə siyasətinin davamlı və sarsılmaz olduğunu göstərir. Mesaj birmənalıdır: məmurlar var-dövləti ilə yox, vicdanı və əməyi ilə dəyərləndiriləcək.
Bir cümlə ilə ifadə etsək, Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçıları və Naxçıvandakı sosial nümayəndə ilə görüşdə səsləndirdiyi fikirlər, Azərbaycan dövlətinin daxili siyasətinə və gələcək siyasətə yönəlik baxışının bariz nümunəsidir.
Ölkə rəhbəri neqativ halların qarşısını almaq üçün yeni təyin olunan məmurlarla görüşündə bu məsələnin vacibliyini vurğulayıb.
Ümid edilir ki, istər yeni, istərsə də əvvəldən təyin olunmuş məmurlar bundan nəticə çıxararaq Prezidentin müəyyən etdiyi xətti rəhbər tutacaq, qanun pozuntularına yol verməyəcək və xalqa xidmət prinsipini daim prioritet sayacaqlar.
Prezidentin verdiyi tapşırıqların məqsədi xalq-dövlət birliyini gücləndirmək, məmurların vəzifələrini qanun çərçivəsində yerinə yetirməsini təmin etməkdir. Bu isə Azərbaycanın davamlı inkişafı üçün mühüm təkan olacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

