Cinayəti dolayı yolla təbliğ etmək...
20.02.2024 [10:45]
Media nümayəndələri qanunvericiliyin tələblərinə riayət etməlidir
Günel ABBAS
Sosial şəbəkələrdə kütlənin diqqətini çəkən mövzular qəzalar, boşanmalar və cinayət xəbərləridir. Hətta bu xəbərləri ilk kimin yazması ilə bağlı sanki yarış keçirilir. Burada insanın ağrılı həyat hekayəsi, yaxınlarının çəkdiyi iztirablar sanki heç kimin marağında deyil. Həmin şəxslərin efirdə, sosial mediada görkəmlərini, ağlamalarını, fəryadlarını çəkib paylaşmaq normal hal kimi qəbul edilməməlidir.
Bir insanın evində faciə baş veribsə, bunun səbəbini və motivini araşdırmaq lazımdır. Ancaq məsələnin motivini və kökünü kənara qoyub, yalnız görüntünü göstərərək reytinq toplamaq nəinki qanuna, insani meyarlara da ziddir. Xəbəri paylaşmaq qəbahət deyil, amma qətlin təfərrüatlarını, ən dəhşətli hissələrini başlığa çıxarmaq etik deyil. Bu, medianın işini zəif göstərir.
Yeri gəlmişkən, bir müddət öncə Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdi və bunun qarşılığında da Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası yayılan görüntülərlə bağlı bəyanat yaymışdı. Bildirilmişdi ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sosial şəbəkə istifadəçilərinin, həmçinin, bəzi media subyektlərinin məlum qətl hadisəsi ilə əlaqədar yaydıqları informasiyalarda ciddi xətalara yol verilmişdi: “Bu informasiyalarda həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, həm də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın prinsipləri kobud şəkildə pozuldu. Xüsusi olaraq qeyd etməliyik ki, hadisə yerindən foto və videogörüntülərin paylaşılması, bu görüntülərdə yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərinin əks olunması, həmçinin, qətlin detallı təsvirinin verilməsi ciddi qayda pozuntusudur.
Ümumiyyətlə isə, bədbəxt hadisələr, cinayət hadisələri, terror hadisələri barədə reportaj hazırlayan, informasiya yayan jurnalistlərin necə davranmalı olduqları barədə qaydalar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın 3-cü prinsipində çox aydın şəkildə ifadə olunmuşdur. Həmin prinsipin 3.6; 3.7; 3.8; 3.9 və 3.11-ci maddələri bu istiqamətdə zəruri bilgilər verir. O maddələrdə göstərilir ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatlar həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan yayımlana bilməz”.
M.Ələsgərlinin sözlərinə görə, qanuni nümayəndələrinin razılığı olmadan bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin adları açıqlanmamalı, şəkilləri verilməməlidir: “3.11-ci maddədə isə qeyd edilir ki, jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Çox təəssüf ki, 13 fevral hadisəsi ilə bağlı informasiyalar paylaşılarkən, bu prinsiplər gözlənilmədi. Qanunvericiliklə yanaşı peşə etikası qaydalarının tələbləri də ciddi şəkildə pozuldu. Yaxşı olardı ki, jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” ilə tanış olsunlar. Bu qaydalar jurnalistlər üçün hazırlanmış olsa da, ümumilikdə xəbər istehsalçıları, o cümlədən, sosial şəbəkə istifadəçiləri üçün faydalı məlumatlar verir”, - deyə M.Ələsgərli qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

