/ / Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30.07.2021 [08:50]
Dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Ötən əsrin əvvəllərindən tibb elminə məlum olan bu xəstəliyin əsas səbəblərindən biri stres, yuxu problemi və əzələ ağrılarıdır. Bu cür hallara tuş gələn insanlarda bir müddət sonra diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, onlar gün ərzində aqressiv və gərgin olurlar.
Ölkəmizdə də son vaxtlar həmin şikayətlərlə həkimə müraciət edənlərin sayında artım müşahidə olunur. Həkim-terapevt Murad Hüseynov bildirib ki, belə xəstələr əsasən, halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər: “Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir. Həmin sindrom bir çox problemlərdən qaynaqlanır. Buna depressiv pozuntu, vitamin D və qanda dəmir elementinin çatışmazlığı, qan azlığı da səbəb ola bilər”.
“Yaradıcı və gərgin iş rejimində çalışanlar xroniki yorğunluq sindromundan daha çox əziyyət çəkirlər. Onlar daha çox beyin yorğunluğundan şikayətlənirlər ki, bu da xroniki yorğunluğun ilk əlaməti hesab olunur. İki həftədən artıq daim beyin yorğunluğundan şikayətlənmək depressiv pozuntudan da şübhələnməyə əsas verir. Həmin hal, xüsusilə təşviş və həyəcan pozuntusu adlanan nevrozdan əmələ gəlir”, - deyə mütəxəssis vurğulayıb.
Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.
Həkim-terapevt həmin halın aradan qaldırılması yolları barədə də məlumat verib: “Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi də qeyd edilir. Həmin hallarla üzləşənlərin gur informasiya axınından uzaq olması məsləhətdir. Bu cür simptomları özündə müşahidə edənlərə əsəbləri sakitləşdirən musiqi dinləmək, kitab oxumaq və yoqa ilə məşğul olmaq tövsiyə olunur”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

