Kardioloq: Ürək çatışmazlığı olan pasientlərin COVID-19-a yoluxma ehtimalı yüksəkdir
01.05.2021 [00:19]
COVID-19-un ürək-damar sisteminə verdiyi ağırlaşmalardan biri də ürək çatışmazlığıdır. Ürək çatışmazlığının əsas risk faktorlarına arterial hipertenziya, səyrici aritmiya və ürəyin işemik xəstəlikləri aid edilir.
Bu məqamlara toxunan akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında deyib ki, ola bilsin yaxın gələcəkdə bu risk faktorları içərisində koronavirus infeksiyası da yer alsın: “İstər COVID-19 xəstəliyi, istərsə də ürək çatışmazlığı oxşar patofizioloji və klinik əlamətlərə malik olur. Oxşar patofizioloji aspekt - RAAS sisteminin aktivləşməsindən ibarətdir. Oxşar kliniki əlamətlərə - təngnəfəslik və halsızlığa isə hər iki xəstəlikdə rast gəlinə bilər. Hər iki patologiya zamanı müalicə tədbirləri vaxtında edilmədikdə, xüsusən də yaşlı, çoxsaylı yanaşı xəstəlikləri olan pasientlərdə mortalite (ölüm) göstəricisi yüksəkdir”.
Tofiq Cahangirov hesab edir ki, SARS-CoV-2 ACE2 reseptoru vasitəsilə ürək əzələsində əvvəlcədən zədələnməsi olan kardiomiositlərə daha tez və rahat şəkildə daxil ola bilər, məhz bu səbəbdən ürək çatışmazlığı olan pasientlərin COVID-19-a yoluxma ehtimalı yüksəkdir: “SARS-CoV-2 kardiomiositlərə daxil olduqda miokarditin yaranma riski yüksək olur, bunu çoxsaylı miokardial biopsiya nəticələri təsdiqləyib. Miokardit isə öz növbəsində, vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə kardiomiopatiya, ürək çatışmazlığı, hətta ölümlə də nəticələnə bilər”.
Tofiq Cahangirov bildirib ki, COVID-19-a yoluxma zamanı xroniki ürək çatışmazlığı olan pasientlərdə kəskin dekompensasiya halları və buna bağlı ölüm halları olduqca çox izlənilib: “2020-ci ildə Çin Ürək Çatışmazlığı Assosiasiyasının Avropa Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyası ilə birgə hazırladığı ürək çatışmazlığı ilə yanaşı, COVID-19-a yoluxmuş pasientlərin menecment konsensus sənədinə əsasən, hospitalizasiya olmuş bütün ürək çatışmazlığı olan pasientlərdə COVID-19-a yoluxmanın olub-olmaması müəyyən edilməlidir. Yoluxma təsdiqlənərsə və ya şübhə olarsa, temperatur, saturasiya, AT və ÜVS ölçülməli, EKQ, döş qəfəsinin Rentgenoskopiyası, Exokq, qanın ümumi analizi, CRP, fibrinogen, D-dimer, troponin, NT-pro BNP yoxlanılmalıdır. Ürək çatışmazlığının durğunluq və hipoperfuziya əlamətləri hospitalizasiya müddətində təqib olunmalı, Exokq ilə aşağı boş venanın diametri və kollapsə edə bilməsinə görə pasientin vəziyyəti dəyərləndirilir. Aktiv infeksiya əlamətləri aradan qaldırıldıqdan sonra seçilmiş pasientlərdə göstəriş olarsa, invaziv hemodinamik monitorinq aparıla bilər. Ciddi ağır pasientlərdə invaziv ventilyasiya, mexaniki qan dövranı dəstəyi və ya renal replasman kimi müalicə tədbirləri aparılmalıdır”.
Mütəxəssisin sözlərinə görə, ürək çatışmazlığı olan pasientlər, xüsusən də yaşlı və yanaşı xəstəlikləri olan pasientlər sosial məsafə, şəxsi gigiyena məsələlərinə ciddi riayət etməli, zərurət olmadıqda evdən çıxmamalıdırlar: “COVID-19 zamanı bu xəstə qrupunda ağırlaşma, hospitalizasiya və bunlara bağlı ölüm halları riski yüksək olduğundan, pasientlərə COVID-19 əleyhinə peyvəndlərin tətbiq olunması vacibdir. Yoluxma riskini azaltmaq məqsədilə təcili müayinə tələb edən hallar istisna olmaqla distant olaraq həkimlərin pasientlə əlaqə saxlaması daha məqsədəuyğundur. Ürək çatışmazlığının müalicəsində istifadə olunan dərmanlar kəsilməməlidir. Pasientin vəziyyətindən asılı olaraq, dərmanlarda və onların dozalanmasında korreksiyalar aparıla bilər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

