/ / “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı təqdim olunub
“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı təqdim olunub
15.04.2021 [08:58]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının onlayn təqdimatını keçirib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutub.
Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, müasir dünyada hər bir xalqın mədəniyyətində multikulturalizmin iki fəlsəfi mənası var: biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir. Azərbaycanın mədəni müxtəlifliyi azərbaycançılıq ideologiyası əsasında formalaşıb. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir. Ümummilli lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlifliyin əsaslarını xüsusi vurğulayıb. Cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə multikulturalizmə marağın artması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2011-ci ildən Bakıda keçirilən və artıq ümumdünya ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” və digər mötəbər beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir. Bu forumların təşkilində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolu var.
Kitabın həmmüəllifləri - İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov və fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu çıxışlarında müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həllinin daha çox aktuallıq kəsb etdiyini vurğulayaraq yaxın gələcəkdə də bu məsələlərin aktual olaraq qalacağını qeyd ediblər. Bu baxımdan multikulturalizm siyasətinin davam etdirilməsinin müasir cəmiyyətlərdə mədəni inteqrasiyanın və mədəni dəyərlərin necə yönləndiriləcəyi baxımından xüsusi önəm daşıdığı vurğulanıb.
Daha sonra Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, “Samur” Ləzgi milli mərkəzinin rəhbəri İmran Rzayev, Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili, Azərbaycan-Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko və Azərbaycan Dillər Universitetinin magistri Kəmalə Həsənova çıxış edərək, müasir dövrdə hər bir toplumun mədəniyyətinin göstəricisi kimi müxtəlifliyin təkzibedilməz fakt kimi qəbul edildiyini bildiriblər. Çıxışçılar vurğulayıblar ki, Azərbaycan müxtəlif etnosların, konfessiyaların tarixən birgə yaşadıqları məkandır. Bu gün də ölkəmiz tolerant dəyərlərə üstünlük verir və mədəni müxtəlifliyin yaşandığı yer kimi dünyaya səs salıb.
Qeyd edək ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ikinci olan kitabın baş elmi redaktoru akademik Kamal Abdulla, tərtibçilər - fəlsəfə elmləri doktorları İlham Məmmədzadə, Sakit Hüseynov, Aydın Əlizadə, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Əhməd Qəşəmoğlu, Rəşad İlyasov, Elsevər Səmədov, ilahiyyat üzrə fəlsəfə doktorları Aqil Şirinov, Əli Fərhadov, rəyçi - professor Kamran İmanov, nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasov, redaktor Tahir Kazımlıdır.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

