/ / “Əgər həkim tərəfindən heç bir əks-göstəriş yoxdursa, tərəddüd etmədən peyvənd olunmaq lazımdır”
“Əgər həkim tərəfindən heç bir əks-göstəriş yoxdursa, tərəddüd etmədən peyvənd olunmaq lazımdır”
14.04.2021 [08:19]
Məlum olduğu kimi, COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq üçün ölkəmizdə sistemli tədbirlər görülür. Bu istiqamətdə əhalinin vaksinasiyası işləri uğurla davam etdirilir. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
“Azərbaycan koronavirusa qarşı vaksin alan ilk ölkələrdən biri olub və ölkəmizdə yanvarın 18-dən koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Hazırda vaksinasiya prosesi ölkəmizdə sürətlə gedir. Həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə halları və əsasən də ağırlaşmalar az müşahidə ediləcək”. Bu fikirləri qəzetimizə açıqlamasında həkim-infeksionist Lalə Sarıyeva deyib.
L.Sarıyeva bildirib ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib: “Peyvəndləmədən sonra təxminən 70-80 faiz halda yoluxmadan qorunmuş hesab olunuruq. Koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulduqdan bir müddət sonra orqanizmdə yaranan immunitet insanları gələcəkdə koronavirusa yoluxduğu halda yarana biləcək ağırlaşmalardan və letal sonluqdan qoruyacaq. Peyvənd edilmək yoluxma baş verdikdə xəstəliyin yüngül keçirilməsi deməkdir. Əgər həkim tərəfindən heç bir əks-göstəriş yoxdursa, tərəddüd etmədən peyvənd olunmaq lazımdır. Ona görə peyvənd olunanlar belə həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə qorunma tədbirlərini pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər”.
“Eyni zamanda, müqəddəs Ramazan ayında insanlarımız daha da diqqətli olmalıdır. Bu gözəl əməlləri də yerinə yetirərkən, öz sağlamlığını, həmçinin təmasda olduğu şəxslərin sağlamlığını qorumaq üçün qaydalara riayət etmək vacibdir. Kütləvi toplaşmalar koronavirusun sürətlə yayılması üçün zəmin yarada bilər”, - deyə həkim vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

