Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib
06.01.2021 [09:40]
Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib. Əvvəlcə Müşahidə Şurasının üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcək. Bu məqsədlə ölkə Prezidentinin Fərmanı ilə fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.
İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə, kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıb. Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcək. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fondu bərpa işlərinin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, Azərbaycanda və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsinə dəstək verəcək. Ölkə Prezidentinin Fərmanı ilə fondun əsas maliyyə mənbələri müəyyən edilib.
Müşahidə Şurasının üzvləri fondun fəaliyyətinin şəffaflıq, ictimai açıqlıq, habelə özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, fond özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcəkdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların və beynəlxalq donor qurumlarının cəlb olunması xüsusi diqqətdə saxlanılacaq.
Müşahidə Şurasının iclasında bir sıra təşkilati-inzibati məsələlər müzakirə olunub, fondun tam fəaliyyətə başlaması üçün zəruri hüquqi prosedurların qısa müddətdə tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

