/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2020 [12:05]
Martın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Tədbirdə çıxış edən komitənin sədri Hicran Hüseynova ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan danışıb. O deyib ki, ölkəmizdə aktiv, öz fəaliyyəti ilə seçilən qadınların sayı çoxdur. Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna xüsusi ehtiramla yanaşıb.
XXI əsrin Azərbaycan qadınının qarşısında bir sıra yeni vəzifələr qoyduğunu deyən H.Hüseynova diqqətə çatdırıb ki, qadın dünyadakı inkişafa uyğunlaşmaq və özünü cəmiyyətdə təsdiq edə bilmək üçün, ilk növbədə, təhsilli, peşəkar olmalıdır. Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimizlə, həm də həyata keçirilən dövlət qadın siyasəti ilə və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın diqqətini görürlər.
Hicran Hüseynova deyib ki, bu gün dünya ölkələrində əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslanıb. Azərbaycanda da hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdə layiqli yer tutması dövlətimiz üçün prioritetdir. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Qeyd edilib ki, bu il qadınların gender bərabərliyinin təmin olunması, eləcə də onların sülh və təhlükəsizlik prosesində iştirakının təşviq olunması baxımından çox mühüm hadisələrlə zəngindir. Belə ki, Pekin Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin 25-ci ildönümü qeyd olunacaq. Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək 1994-cü il sentyabrın 19-da “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20 faizini itirən və 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı çox böyük əhəmiyyət kəsb edirdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması Davamlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün vacib mərhələdir. Buraya daxil olan strateji istiqamətlər DİM-də ayrıca olaraq 5-ci məqsəddə göstərilib.
Bu ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 20 illiyinin qeyd olunacağını da diqqətə çatdıran Hicran Hüseynova bu sənədin münaqişələrin həll olunmasında, həmçinin sülh quruculuğunda qadınların mühüm rolunu önə çəkdiyini qeyd edib.
2020-ci ilin gender bərabərliyinin təmin edilməsi, qadın və qızların səlahiyyətlərinin artırılması baxımından vacib bir il olduğunu vurğulan komitə sədri deyib ki, dövlət qadın siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir. Mehriban xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var.
Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.
Daha sonra mədəniyyət, təhsil, səhiyyə sahələrində, ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezidentin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup qadına mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

