20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
18.01.2020 [11:00]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu deyib. Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 147 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edən müvəkkil hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyevin faciənin təşkilatçılarını şiddətli şəkildə qınadığını, ifşaedici və cəsarətli bəyanat verdiyini xatırladıb. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin faciə ilə əlaqədar 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdiyini, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarlarının konkret qeyd olunduğunu diqqətə çatdıran müvəkkil faciəyə Ümummilli Liderin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
Ombudsman faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adının verildiyini xatırladaraq “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirildiyini, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verildiyini diqqətə çatdırıb.
Xalqımıza qarşı bu cür qanlı aksiyanın törədilməsinin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktı olduğunu nəzərə çatdıran müvəkkil Səbinə Əliyeva deyib ki, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir və təşkilatçıların, hadisəni törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün hüquqi əsaslar mövcuddur.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamına uyğun olaraq Ombudsman Aparatı, eləcə də Şəki, Gəncə, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən tədbirlər keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatı qəbul edilib və mötəbər beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Tədbirdə daha sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın əməkdaşı Murad Babayev çıxış edərək 20 Yanvar faciəsini törədənlərin ədalət mühakiməsinə cəlb edilməsinin beynəlxalq hüququn tələbi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, konkret dövlətin silahlı birləşmələri tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarına əsasən insanlıq əleyhinə cinayət və hərbi təcavüzdür.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

