/ / Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
18.01.2020 [10:25]
Tədbirdə “20 Yanvar. Təcavüz 1990” elektron nəşrinin yenilənmiş versiyası təqdim edilib
Yanvarın 17-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş foto və kitab sərgisinin açılışı, “20 Yanvar. Təcavüz 1990” elektron nəşrinin yenilənmiş versiyasının təqdimatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən Prezident Administrasiyası rəhbərinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində təşkil olunan tədbirdə Bakının 6, 8 və 23 saylı tam orta məktəblərinin bir qrup şagirdi, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə böyük oxu zalında kitabxana əməkdaşlarının hazırladıqları və 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra tədbir iştirakçıları foto və kitab sərgisi ilə tanış olublar.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 30 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılıb, məqalələr və kitablar yazılıb, sənədli filmlər çəkilib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilib, 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə abidə-kompleks ucaldılıb.
M.Əhmədov 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini, onlardan 112 nəfərinin SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləyib, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.
Sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron nəşrin yenilənmiş versiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeddi fəsildən ibarət elektron nəşrin “Qara Yanvar” adlı birinci fəsli “Qan yaddaşımız”, “Faciənin təhlili” və “Xronologiya” bölmələrindən ibarətdir. Bu fəsildə 20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də şanlı səhifəsi olaraq müxtəlif aspektlərdən təhlil edilir, 20 Yanvara aparan hadisələrin geniş xronologiyası təqdim olunur.
“Şəhidlər” fəslində 150 Qanlı Yanvar şəhidinin hər biri üçün ayrıca məlumat səhifəsi açılıb. Onların bioqrafiyası haqqında əldə edilən məlumatlar sistemləşdirilərək istifadəçilərə təqdim edilir.
Elektron nəşrin “Sənədlər” adlı ikinci fəslində istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində 20 Yanvar hadisələri ilə bağlı qəbul edilmiş qanunların, fərmanların, sərəncamların, qərarların tam mətnləri toplanılıb. Bu fəsildə, həmçinin dövlətimizin başçısının 20 Yanvarla bağlı nitqləri, çıxışları, müsahibələri və bəyanatlarını özündə əks etdirən materiallar yer alıb. “Müraciətlər” və “Bəyanatlar” bölmələrində isə 1990-cı il yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin, ayrı-ayrı kollektivlərin, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların müraciətləri öz əksini tapıb. “Çıxarışlar” bölməsində isə 20 Yanvar hadisələrinə dair Azərbaycan KP MK plenumlarının və Ali Sovetin sessiyalarının protokollarından çıxarışlar təqdim olunur.
“Tədbirlər” adlı növbəti fəsildə isə keçirilən rəsmi mərasimlər və anım tədbirləri haqqında materiallar xronoloji ardıcıllıqla istifadəçilərə təqdim edilir.
“Elektron resurslar” fəslinin “E-kitablar” bölməsində müxtəlif dillərdə mövzu ilə bağlı 50-yə yaxın kitabın, “E-məqalələr” bölməsində isə 300-ə yaxın analitik məqalənin tam mətnləri verilib.
Saytın “Biblioqrafiya” fəslinin “Kitablar” bölməsində 20 Yanvar faciəsi ilə bağlı 130 adda kitabın, “Məqalələr” bölməsində isə 1600 məqalənin biblioqrafik təsviri yerləşdirilib.
İki bölmədən ibarət olan “Media arxiv” fəslinin birinci bölməsi “Fotoarxiv” adlanır və bu bölmədə Azərbaycan Fotoqraflar Birliyinin 20 Yanvar faciəsi ilə bağlı kitabxanaya təqdim etdiyi nadir fotolar yer alıb. “Videoarxiv” bölməsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransının videosu ilə yanaşı, bir neçə sənədli film yerləşdirilib.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış və http://aggression.preslib.az/ subdomenində yerləşdirilən elektron nəşr mütəmadi olaraq yenilənir.
Tədbirdə Bakı şəhəri 23 saylı tam orta məktəbin direktoru Yuliya Kərimova, professor Elçin Əhmədov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Prezident Administrasiyasının məsul əməkdaşı Fazil Zeynalov çıxış edərək bu materialların 20 Yanvar hadisələrinin öyrənilməsində və təbliğində çox dəyərli mənbə olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

