/ / Daha 120-dək mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanılıb
Daha 120-dək mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanılıb
30.12.2019 [09:44]
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və müxtəlif rayonlarda daha 120-dək fərdi yaşayış evinin və yeni yaşayış binalarından alınmış mənzillərin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilməsinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi evlərin və mənzillərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipini amilinin dayandığı qeyd olunub. Bildirilib ki, bu sahədə 2019-cu ildə mühüm irəliləyişlər əldə olunub.
Bu il sosial sahədə inqilabi addımlar atılıb, minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərin müavinətləri 50 faiz, eləcə də tələbələrin təqaüdləri, əməkhaqları əhəmiyyətli şəkildə artırılıb. Həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. 800 min insanın kredit problemi həll olunub. Ümumilikdə, 2019-cu ildə həyata keçirilən iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çoxdur.
Qarabağ müharibəsi əlilləri Prezidentin aylıq təqaüdünü, habelə həmin təqaüdlə yanaşı, böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır. Bu iki sosial paket hər üç istiqamətdə - təqaüd, pensiya və müavinətlərdə ciddi artımı təmin edib.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təminatı proqramı da ildən-ilə genişlənir. Həmin kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə bu göstərici daha 50 faiz yüksəlib. Belə ki, hazırda verilməyə başlayan 120-dək fərdi ev və mənzil də daxil olmaqla, 2019-cu ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən fərdi ev və mənzillərin sayı 934-ə çatır. Ümumilikdə isə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2019-cu il dekabrın 24-də imzaladığı Sərəncam həmin kateqoriyalardan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dövlət başçısının xüsusi qayğısının növbəti ifadəsidir. Sərəncamda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da həmin vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.
Yeni fərdi yaşayış evi və mənzillə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sahəsində aparılan və ildən-ilə geniş vüsət alan işlərdən razılıqlarını bildiriblər. Onlar göstərilən yüksək qayğıya, yeni mənzil və fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

