Mahnıların ifasında Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş tədbir keçirilib
31.10.2019 [09:47]
Dünən Azərbaycan Milli Konservatoriyasında "Azadlıq Hərəkatçıları" İctimai Birliyi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Konservatoriyası ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Xalq və bəstəkar mahnılarında Azərbaycan dilinin saflığının qorunması" layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirib. Dilçi-alimlərin, bəstəkarların və tanınmış müğənnilərin iştirakilə keçirilən tədbiri giriş sözü ilə Konservatoriyanın prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova açıb.
Layihə çərçivəsində "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin SƏS TV onlayn televiziyası ilə birgə istehsal etdiyi "Mahnılarımızın dili" sənədli filmi nümayiş etdirildikdən sonra məruzə ilə çıxış edən "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri, yazıçı-publisist, layihənin rəhbəri Təhmasib Novruzov layihənin icrası müddətində aparılan araşdırmaların yekunları, ortaya çıxan qüsurlar və onların dilimizin saflığına xələl gətirməsi, eləcə də həmin qüsurların aradan qaldırılması ilə bağlı təkliflərlə bağlı ətraflı məlumat verib. T.Novruzov bildirib ki, layihənin icrası zamanı 2000-dən çox mahnı ifası dinlənilib, 220 dil qüsuru aşkar edilib. Qeyd olunub ki, respulikanın Xalq artistləri Mənsum İbrahimov, Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova və Əməkdar artist Təyyar Bayramov istisna olmaqla ifası dinlənilən bütün müğənnilərdə dil qüsuru aşkar edilib.
Layihənin eksperti, AMEA Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redatoru Hikmət Babaoğlu, respublikanın Xalq artisti Eldost Bayram, Əməkdar artist Təyyar Bayramov, jurnalist Hikmət Əliyev və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, xüsusilə gənc ifaçıların formalaşmasında belə tədbirlərin rolundan danışıblar.
Sonda araşdırma zamanı ifalarında dil qüsuru aşkar olunmayan respublikanın Xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova və Əməkdar artist Təyyar Bayramov "Azadlıq Hərəkatçıları" İctimai Birliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşəkkürnamələri ilə təltif ediliblər.
Tədbirə Milli Konservatoriyanın prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev yekun vuraraq belə vacib və maraqlı tədbirin Milli Konservatoriyada keçirilməsinə görə layihənin əməkdaşlarına minnətdarlığını bildirib.
"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin Mətbuat Xidməti
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

