“İnnobank” İdeya və Elektron Resurslar Xidməti istifadəyə verilib
03.07.2019 [09:36]
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ictimai əhəmiyyətli ideyaları toplamaq və həyata keçirmək, QHT sektorunda çalışanların potensialını üzə çıxarmaq, onların fəaliyyəti, gördüyü işlər haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədilə “İnnobank” İdeya və Elektron Resurslar Xidmətini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Şuranın beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Toğrul Məmmədli “İnnobank” İdeya və Elektron Resurslar Xidməti haqqında məlumat veriblər.
Bildirilib ki, “İnnobank” beş xidmət bankını özündə birləşdirir: ideya bankı, ekspert və kadr bankı, könüllü bankı, təlimçi bankı və hesabat bankı. “İnnobank”ın xidmətlərindən istifadə etmək və məlumat yerləşdirmək üçün istifadəçi innobank.az saytında qeydiyyatdan keçməlidir. İdeya bankında vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələri tərəfindən ictimai əhəmiyyət kəsb edən yeni ideyalar toplanır. Bankda toplanan ideyalar QHT və digər istifadəçilər üçün açıq olacaq, onlar dövlət qurumları və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu ideyalardan istifadə edə biləcəklər. Bunun üçün hər bir vətəndaş və QHT nümayəndəsi “İnnobank”da “İdeya bankı” bölməsinə daxil olaraq ideyalarını yerləşdirə bilər. “Ekspert və kadr bankı”nda QHT sektorunda fəaliyyət göstərən, müvafiq bilik və bacarığa malik olan şəxslər haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan təkcə QHT-lər deyil, eyni zamanda, digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilərlər. Bu bankda ekspert xidməti göstərən şəxslər barədə məlumatlar toplanacaq. İstənilən ekspert özü haqqında məlumatı “İnnobank”da qeyd olunan sahələr üzrə yerləşdirə biləcək. Ekspert xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın “Ekspertə müraciət et” bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.
Diqqətə çatdırılıb ki, “Könüllü bankı”nda QHT, dövlət qurumları, bələdiyyə və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər barədə məlumatlar toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra “Könüllü ol” düyməsini seçərək özü haqqında məlumatları (CV, diplom, sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın “Könüllüyə müraciət et” bölməsinə daxil olaraq könüllülər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.
“Təlim bankı”nda QHT-lərin ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında məlumatlar toplanacaq. Bunun üçün QHT-lər ehtiyac duyduqları təlimlər haqqında mövzuları “Təlim üçün müraciət et” bölməsində, təlimçilər isə özləri və təlim mövzuları haqqında məlumatları “Təlimçi” bölməsində yerləşdirəcəklər.
“Hesabat bankı”nda QHT-lər müxtəlif donorların dəstəyi ilə və müstəqil şəkildə həyata keçirdikləri fəaliyyətləri barədə illik hesabatlar yerləşdirə bilərlər. Bu hesabatlar QHT-lərin fəaliyyətində şəffaflıq, aşkarlıq və səmərəlilik əmsalının ölçülməsi baxımından ictimaiyyət üçün açıq olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

