CASCFEN növbəti seminarını Yevlaxda keçirib
29.05.2019 [11:14]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində növbəti seminar mayın 25-də Yevlax şəhər 2 nömrəli orta məktəbdə keçirilib.
Azərbaycan Milli QHT Forumu Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Fizuli Əsədovun da iştirak etdiyi tədbirdə qonaqları salamlayan məktəbin direktoru Sədaqət Şükürova layihə üzrə növbəti seminarın Yevlaxda keçirilməsini müsbət dəyərləndirib. Belə bir mövzunun müzakirəsinin günümüzdə aktual olduğunu deyən direktor müəllim həmkarlarını müzakirələrdə aktiv iştirak etməyə səsləyib.
Sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov layihənin məqsədi və gözlənilən nəticələr barədə danışıb.
Sonra söz ekspertlərə verilib. "Media ilə iş bacarıqları" mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli müasir dünyamızda hər bir kəsin həyat və fəaliyyətinin media üçün materiala, mövzu və müzakirə obyektinə çevrildiyini deyib. N.Hüseynli geniş mühazirəsində media ilə işləməyin üsulları və qaydaları barədə təfərrüatı ilə məlumat verdikdən sonra bunun təhsil müəssisələrinə, xüsusilə, orta məktəblərə də şamil edildiyini bildirib. Ekspert həmçinin Yevlax məktəblərinin sosial şəbəkələrdə səhifələrinin olub-olmaması, həmçinin KİV-lə əməkdaşlığı istiqamətində aparılan araşdırmanın nəticələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb.
N.Hüseynli təqdimatından sonra mövzu tədbir iştirakçılarının müzakirəsinə verilib. Müzakirələrdə çıxış edən Yevlax şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, YAP Yevlax rayon təşkilatının sədr müavini-aparat rəhbəri Əli Quliyev, həmin məktəbin direktor müavini Elman Əlibəyli, 3 nömrəli tam orta məktəbin müəllimi Zülfiyyə Mahmudova və başqaları təklif və rəylərini səsləndiriblər.
Digər ekspert, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə "İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb. Medianın bugünkü mənzərəsinə qısaca tərif verən S.Verdizadə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Çıxışlardan sonra iştirakçılara sertifikatlar, seminarın keçirilməsində yaxından dəstək olanlara isə diplomlar təqdim edilib və çay süfrəsi ətrafında müzakirələr davam etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

