Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15.02.2019 [09:32]
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən rayon İcra Hakimyyətinin başçısı Elşən Salahov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Onun sözlərinə görə, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. E.Salahov, həmçinin bu sahədə Xəzər rayonunda həyata keçirilən tədbirlər barədə məlumat verib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək bildirib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, hazırda 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ müharibəsi əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. “Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox - 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 30-da imzaladığı Fərmanla şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılaraq 300 manat müəyyən edilib. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşır və dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”.
Sonra şəhid ailələrinin üzvlərindən Həsənşah Seyidov, Ədilə Mirzəyeva, Minəxanım Məmmədova, Natella Mirzəyeva, Ziyafət Əsgərova, Bəxtilə Nəbiyeva və başqaları çıxış edərək göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

