Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15.02.2019 [09:30]
Fevralın 13-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib.
Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.
AYB-in sədri, Xalq yazıçısı Anar tədbiri açaraq bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər Bəxtiyar Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıb.
TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışlarında bildiriblər ki, Bəxtiyar Vahabzadə türk dünyasının şairidir. Onun əsərlərinin üslubu, məzmunu Azərbaycanın hüdudlarını aşaraq kənarda da böyük sevgi qazanmışdı. Ömrü boyu türk dünyasına xidmət etmiş, millətimizin könlündən keçənlərin carçısı olan böyük şairin xatirəsi qəlblərdə daim yaşayacaq.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AYB-in katibi Rəşad Məcid və başqaları görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim B.Vahabzadənin həyat və zəngin yaradıcılığından söhbət açıblar.
Sonra Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

