Jurnalistlər "Azərsun Holdinq"ə məxsus Yağ Fabrikində olublar
03.10.2018 [17:26]
Şahəddin İbrahimov: Sumqayıt Qida və Yağ Fabrikində istehsal olunan məhsulları dünyanın istənilən laboratoriyasında yoxlada bilərsiniz
"Azərsun Holdinq" ölkənin aparıcı KİV nümayəndələri üçün Sumqayıt Yağ Fabrikinə ənənəvi media tur təşkil edib. Jurnalistləri qarşılayan istehsal müəssisəsinin müdiri Şahəddin İbrahimov KİV nümayəndələrinə Qida və Yağ Fabrikinin 1997-ci ildən fəaliyyət göstərdiyini, 2014-cü ildən isə ən müasir tələblərə cavab verən və tam avtomatlaşdırılmış avadanlıqlarla təmin edilmiş "Azərsun Sənaye Parkı"na köçürüldüyünü, həmçinin illik istehsal həcminin 270 min ton olduğunu bildirib. Müəssisə rəhbəri media nümayəndələrinin "Whatsapp"da yayılmış səs yazısı barədə sualını cavablandıraraq, bu məlumatın tamamilə yalan olduğunu söyləyib. O, fabrikin Avropanın ən müasir müəssisələrindən biri olduğunu, yaradılmış xüsusi sistem hesabına bütün istehsal xətlərinin və avadanlıqlarının mütəmadi olaraq dezinfeksiya edildiyini bildirib. Müəssisə rəhbəri jurnalistlərə burada istehsal edilən məhsulun dünyanın istənilən laboratoriyasında yoxlamadan uğurla çıxa biləcəyini deyib: "Sumqayıt Qida və Yağ Fabrikində istehsal olunan məhsulları dünyanın istənilən laboratoriyasında yoxlada bilərsiniz".
Dünyanın ən məşhur restoran şəbəkələrinin yağ təminatı Sumqayıt Yağ Fabriki tərəfindən həyata keçirilir
Daha sonra istehsal müəssisəsini gəzən jurnalistlərin sualını cavablandıran "Azərsun Holdinq"in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev fabrikin bütün avadanlıqlarının bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edildiyi barədə məlumat verib. O, müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, dünyanın ən məşhur restoran şəbəkələri olan McDonald’s və KFC-nin yağ təminatının Sumqayıt Yağ Fabriki tərəfindən təmin edildiyini deyib. Rafinasiya sahəsini ziyarət edən jurnalistlər burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlər buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verilib. Bundan başqa, laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu bildirilib.
Jurnalistlər Sumqayıt Qida və Yağ Fabrikində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyinə şahid olublar
"Final", "Möcüzə", "Zeytun bağları" kimi məşhur milli markaların istehsal edildiyi sahəni ziyarət edən jurnalistlərə burada yaradılmış keyfiyyətə nəzarət sisteminin qüsursuz olduğu əyani şəkildə nümayiş etdirilib. Duru yağ istehsal sahəsi ilə tanış olduqdan sonra jurnalistlərə "Bizim Süfrə" mayonezlərinin istehsal edildiyi sahə nümayiş etdirilib. Burada da "Azərsun Holdinq"ə məxsus bütün istehsal sahələrində olduğu kimi, keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğunun şahidi olan KİV nümayəndələrinin "Whatsapp" vasitəsilə yayılmış səs yazısı barədə sualını cavablandıran "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bu böhtanın kimin tərəfindən yayılması barədə ehtimalların olduğunu bildirib. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığını və həmin şəxsin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacağına inandıqlarını söyləyib. Şirkət rəsmisi keyfiyyətin "Azərsun" üçün ən vacib və önəmli amil olduğunu və bütün istehsal müəssisələrinə mütəmadi olaraq media turların, ekskursiyaların, texniki gəzintilərin, təcrübə proqramlarının, "açıq qapı" günlərinin təşkil edildiyini bildirib. O, bu cür mesajların keyfiyyət hesabına rəqabət apara bilməyən, öz məqsədlərinə çirkli yollarla çatmağa çalışan işbazlar tərəfindən yayıldığını söyləyərək insanları bu məsələlərə həssas yanaşmağa və böhtan xarakterli absurd məlumatlara inanmamağa səsləyib.
Qeyd edək ki, "Azərsun Sənaye Parkı"nda 2014-cü ildə istismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

