Bakıda “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub
11.04.2018 [11:15]
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, A.Əttarın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu yüksək dəyərləndirib, onun fəaliyyətinin müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza örnək olduğunu deyib.
Kitab haqqında ətraflı məlumat verən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Türkiyədə yenicə çapdan çıxmış nəşrin “Giriş” bölməsində müəllif erməni məsələsinin tarixinə geniş nəzər salıb. Əsərin 1630-1750-ci illərdə kapitalistləşən erməniçilik, 1750-1890-cı illərdə siyasiləşən erməniçilik, 1890-1918-ci illərdə terorristləşən erməniçilik, 1918-1990-cı illərdə dövlətləşən və qloballaşan erməniçilik bölmələrində bu məsələlər sistemli və kompleks şəkildə, eləcə də mənbələrə əsasən təhlil edilir. Əsərdə qeyd olunur ki, erməni millətçiləri XIX əsrin sonlarında - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Xüsusilə elmi əsərdə XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin törətdikləri ağır cinayətlər, onların Azərbaycanda və Türkiyədə həyata keçirdikləri soyqırımları, azərbaycanlıların dəfələrlə deportasiya edilmələri, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti geniş tədqiq olunur. Əsərdə göstərilir ki, 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bilavasitə Stepan Şaumyanın rəhbərliyi ilə erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutublar. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törədiblər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter alıb. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetiriblər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülüblər.
Hər bir vətəndaşımızın kitabla tanış olmasının önəmini vurğulayan “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva diqqətə çatdırıb ki, nəşr xüsusilə gənclərimizin milli yaddaşının oyanmasına kömək edəcək. O deyib ki, əsərin “İthaf” bölməsində 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktları vurğulanıb. Nəşrdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının 1918-ci ildə Azərbaycanda törətdikləri mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun müdiri, professor Elman Nəsirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, deputatlar Tahir Mirkişili, Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla diqqətə çatdırıblar ki, əsər elmi ictimaiyyət və geniş oxucu auditoriyası üçün dəyərli siyasi-tarixi mənbədir. Nəşr, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və məlumatların hazırlanması, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya atılan əsassız iddialara qarşı verilməsi baxımından dəyərli elmi vəsaitdir.
Qeyd edilib ki, müəllif erməni tədqiqatçıya istinadla 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 mininin öldürüldüyünü və doğma torpağından didərgin salındığını vurğulayıb. Erməni müəllif Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında bu rəqəmi təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hökumətində daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalıb. Bundan əlavə, əsərdə göstərilir ki, Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvan Azərbaycandan ayrıldı və quru əlaqələri kəsildi. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Müəllif sənədlərə əsasən qeyd edir ki, sovet dövründə, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülüb.
Sonda çıxış edən Aygün Əttar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin geniş ictimaiyyətə çatdırılmasına bu kitabın töhfə verəcəyinə ümidvar olduğunu bildirib, nəşrin təqdimatının təşkilinə görə minnətdarlığını ifadə edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

