/ / UNEC-in Zaqatala filialında imtahan nəticəsi yüksək olan tələbə bir semestrlik Bakıda təhsil alacaq
UNEC-in Zaqatala filialında imtahan nəticəsi yüksək olan tələbə bir semestrlik Bakıda təhsil alacaq
26.01.2018 [10:11]
Rektor, professor Ədalət Muradov UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb.
Rektor UNEC-də tətbiq edilən Elektron Universitet modelinin üstünlüklərindən danışaraq, qısa zamanda filialda da bu sistemin reallaşdırılacağını bildirib. İmtahanlarda operativlik, şəffaflıq və obyektivliyin təmin olunması məqsədilə tələbələrin mərkəzləşdirilmiş qaydada test üsulu ilə imtahan verməsi üçün bütün şəraitin yaradılacağını qeyd edib. Ə.Muradov tələbələrə UNEC-də uğurla tətbiq olunan UDİD proqramı barədə də məlumat verib. Bildirib ki, tələbələrə dörd il ərzində iki ayrı ixtisas üzrə diploma sahib olmaq imkanı yaradan proqramın filialda da həyata keçirilməsi nəzərdə tutulub.
Görüşdə tələbə təşkilatlarının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. UNEC-də təhsil alan fəal tələbələrin filiala səfərlərinin təşkil olunacağı vurğulanıb. Tələbələrin stimullaşdırılması üçün imtahan sessiyasında ən yüksək nəticə göstərən tələbələrə xüsusi təqaüdlərin verilməsi və bir tələbənin bir semestrlik Bakıda təhsil ala biləcəyi barədə rektorun səsləndirdiyi təkliflər görüş iştirakçılarının xüsusi marağına səbəb olub.
Filiala daha çox tələbə cəlb edilməsi üçün görüləcək tədbirlərdən söz açan rektor növbəti tədris ilində Gürcüstanın və regionun Azərbaycan dilində tədris aparan ən yaxşı məktəblərinə səfərlər təşkil olunacağını bildirib. Filialda müasir tələblərə cavab verən kitabxananın qurulmasının gündəmdə olduğuna diqqət çəkən Ə.Muradov pedaqoji heyət və tələbələr arasında sorğu aparılmasını təklif edib. Sorğunun nəticələrinə əsasən ehtiyac duyulan kitabların siyahısı hazırlanaraq kitabxana fondu daha da zənginləşdiriləcək.
UNEC İctimai Nəzarət Şurasının üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov filialla tanışlıqdan məmnun olduğunu bildirərək, Zaqatala bölgəsində çox yüksək səviyyəli bir universitet yaranmağa başladığını vurğulayıb. O, UNEC-in Zaqatala filialının siyasi, iqtisadi və mədəni əhəmiyyətinin böyük olduğunu qeyd edib. Filialın auditoriyaları, yeməkxana və yataqxana şəraitini yüksək qiymətləndirən Ş.Əsgərov imtahan prosesində də Bakıda müşahidə etdiyi etik normalara tam əməl edildiyini, obyektivliyin və şəffaflığın əsas prioritet istiqamət kimi seçildiyini önə çəkib.
Səfər çərçivəsində rektor filialın professor-müəllim heyəti ilə də görüşüb. Ə.Muradov filialda pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında elm, tədris və özünüinkişaf istiqaməti üzrə sağlam rəqabət mühitini gücləndirmək məqsədilə UNEC-in əqli mülkiyyəti olan Differensial Əməkhaqqı Sisteminin tətbiqinin əhəmiyyətli olacağını vurğulayıb. Rektor müəllimlərin elmi potensialının daha da artırılması üçün fevral ayında UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil olunacaq qış məktəbində onların iştirakının təmin ediləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

