Nardaranda Bilik Evi açılıb
16.03.2016 [09:54]
Martın 15-də Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, 295 nömrəli tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, yerli ziyalılar və məktəblilər iştirak ediblər.
Fondun informasiya təminatı sektorundan AZƏRTAC-a bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən fotoguşə ilə tanışlıqla başlayan mərasimdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova Nardaran Bilik Evinin fəaliyyət proqramı haqqında məlumat verib.
Nardaranda Bilik Evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb. Azərbaycanda tolerantlığın və multikulturalizmin tarixi köklərindən bəhs edən Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında da iştirakçılara geniş məlumat verib, azərbaycançılıq ideologiyasından söhbət açaraq hər bir gəncin, yeniyetmənin ölkəmizin ümumi inkişaf prosesində danılmaz rolu olduğunu qeyd edib.
Kamal Abdullayev yerli ictimaiyyət nümayəndələrinin və məktəblilərin ona ünvanladığı sualları da cavablandırıb.
Son illərdə Azərbaycan Prezidentinin göstərişi ilə Nardaranda abadlıq işlərinin sürətlə inkişaf etdiyini deyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilik Evinin yaradılması münasibətilə Nardaran gənclərini təbrik edib. “Multikulturalizm ili”ndə qarşıda duran vəzifələrdən bəhs edən A.Vəliyev əhalinin maariflənməsində Nardaran Bilik Evinin böyük rol oynayacağına əminliyini bildirib.
Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam etdirilib. Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” əsərinin motivləri əsasında səhnəcik göstərilib, şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından parçalar səsləndiriblər.
Sonda tədbir iştirakçıları Novruz tonqalı ətrafında yallı gediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, yerlərdə əhalinin maarifləndirilməsi işinin daha da gücləndirilməsi üçün Bilik evləri yaradır. Artıq Oğuz və Qax rayonlarında Bilik evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncədə, İsmayıllıda və Astarada da belə evlərinin açılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

