Əli Həsənov: Azərbaycanda sərbəst toplaşmaq azadlığı üçün hər cür şərait yaradılıb
23.04.2011 [11:59]
“Bu bəyanatların heç bir əsası yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq - bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir”, - Əli Həsənov deyib.
Prezident Administrasiyasının rəsmisi təəssüf edir ki, beynəlxalq təşkilatlar bəzən mahiyyətinə varmadan, ayrı-ayrı subyektiv mənbədən daxil olan informasiyanın nəticəsində belə rəylər verirlər: “Əgər nəzərdə tutulursa ki, qeyri-qanuni aksiyaların qarşısı alınıb, bu, belədir və gələcəkdə də belə olacaq. Azərbaycan hüquqi dövlətdir. Burada hüquqi normalar hər şeydən üstün tutulur. Qanuni aksiyalara dövlət şərait yaradır, həmin aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunur, qeyri-qanuni aksiyaların isə qarşısı alınıb, alınır və bundan sonra da alınacaq. Buna görə də beynəlxalq təşkilatlar gərək bizə qarşı bu və ya digər çağırışlarda olmasınlar. Ancaq real şəkildə Azərbaycanda bu fundamental hüquqlar məhdudlaşdırılsa, buyursunlar, bu məsələni müzakirə edək”.
Əli Həsənovun sözlərinə görə, Azərbaycanda bəlli yerlərdə, şəhər nəqliyyatının, şəhər əhalisinin hərəkətini, dinamik şəhər həyatının ahəngini pozmayan yerlərdə belə aksiya keçirilməsinə şərait həmişə yaradılıb, bundan sonra da yaradılacaq. “Azərbaycanda hər hansı seçkinin olmadığı bir zamanda bəzi müxalifət partiyalarının “fəallaşmaq” cəhdləri hansı amillərlə bağlı ola bilər” sualının cavabında isə Prezident Administrasiyası rəsmisi qeyd edib ki, onlar cəmiyyətin tələbatından, sosial sifarişdən deyil, ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsirindən çıxış edərək bugünkü mitinq cəhdlərinə qalxıblar.
“Faktiki olaraq onlar bilirlər ki, bu gün Azərbaycanda hakimiyyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyyətə gəlməyə heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur. Sadəcə olaraq onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər və sonda bu, onların məğlubiyyətinə gətirib çıxarır, belə də olmalıdır”, - Əli Həsənov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

