Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır
05.03.2010 [10:12]
“Təəssüf doğuran haldır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma, tarixdə həqiqi izləri olmayan məsələyə-uydurma “erməni soyqırımı”na bu qədər önəm verir. Mənim fikrimcə, əslində, bu fakt, tarixin saxtalaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasında uydurma “erməni soyqırımı”nın müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.
Əli Əhmədovun fikrincə, tarixin saxtalaşdırılmasına ABŞ Konqresi tərəfindən bu şəkildə dəstək verilməsi, əslində, bundan sonra da, bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirə bilər. Digər tərəfdən, belə bir sənədin qəbul olunması, yaxud bu istiqamətdə cəhdlərin göstərilməsi təzyiq üsullarından istifadə edilməsinə işarədir.
“Saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. Başqa bir məqam ondan ibarətdir ki, əgər ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma, tarixdə izi olmayan bir məsələ ilə əlaqədar qərar qəbul edəcəksə, bu, ABŞ-ın dostlarını və tərəfdarlarını itirməyə hazır olduğunu bir daha ortaya qoymuş olacaq”, - deyən YAP-ın Sədr müavini ABŞ və Türkiyənin dost və tərəfdaş münasibətlərində olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb. Belə bir saxta sənəd qəbul edilərsə, bu, ABŞ-ın dostluq və tərəfdaşlığa hər hansı önəm vermədiyini ortaya qoymuş olacaq. Yəni, Birləşmiş Ştatlar dosta və tərəfdaşa nə dərəcədə münasibət bildirdiyini göstərəcək.
“ABŞ Konqresi tərəfindən belə bir sənədin qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmiş addım olacaqsa, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı çevrilmiş addım olacaq. Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır”, - deyə, o, vurğulayıb.
YAP-ın Sədr müavini bildirib ki, həmin qətnamə ABŞ-ın müəyyən maraqları ilə bağlıdır. Onun sözlərinə görə, indiki halda məsələnin gündəmə gəlməsi Birləşmiş Ştatların ssenarisi əsasında həyata keçirilməsi planlaşdırılan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dəstək verilməsilə əlaqədardır. Əli Əhmədov qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında həm münasibətlərin yaxşılaşması, həm də sərhədlərin açılmasının hamı üçün aydın görünən mexanizmləri var. “Ermənistanla Türkiyə arasında sərhədlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz olaraq bağlanıb. Məntiqi olaraq hər kəs bilir ki, bu sərhədlərin açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bu, problemin həlli üçün yeganə variantdır. Əgər ABŞ bu şərtlər kənarında Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına nail olmaq üçün hətta qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etmək niyyətinə düşürsə, hesab edirəm ki, bu, birbaşa ABŞ-ın Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyaya da ən azı hörmətsizliyin ifadəsidir. Düşünürəm ki, Minsk qrupunun həmsədri kimi münaqişənin nizama salınması vəzifəsini öz üzərinə götürmüş ABŞ bu münaqişənin həllinə kömək edə biləcək istənilən addımı dəstəkləməyə maraqlı olmalıdır. Biz isə həqiqətdə bunu görmürük, əksinə münaqişənin nizama salınmasına kömək edə biləcək addıma qarşı yönəlmiş davranışın şahidi oluruq. Hesab edirəm ki, bu hərəkət nə vasitəçilik məntiqinə, nə də ədalət və həqiqət məntiqinə sığır. Güman edirəm ki, ABŞ-da sərbəst düşüncəli insanların mövqeyi üstün gələcək və uydurma “erməni soyqırımı” haqqında qətnamənin qəbul olunması baş tutmayacaq” - deyə, Əli Əhmədov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

