Bu gün ölkəmizdə gənclərə böyük etimad göstərilir
02.02.2010 [09:48]
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və gender siyasətinin effektli nəticələrini hər bir siyasi kampaniyada daha qabarıq görürük. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası isə öz növbəsində, dövlətin bu siyasətinə özünəməxsus töhfələrini verməkdədir...
Belə ki, bələdiyyə seçkilərində gənclərin və qadınların bələdiyyələrdə təmsil olunmaq əmsalının 30-40 faizə qədər artması dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin səmərəliliyini nümayiş etdirdi. Bu baxımdan, artıq formalaşmış bələdiyyələrdə təmsil olunan gənclərin və qadınların dövlət siyasəti ilə bağlı fikirlərinin ictimaiyyətə çatdırılması cəmiyyətin bu barədə daha geniş məlumata malik olmasına səbəb olar.
Nizami bələdiyyəsinin sədr müavini, “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü Məryam Qulamova dövlətin gənclər siyasəti ilə bağlı söyləyib ki, gənclər cəmiyyətimizin ən aparıcı üzvləri olduğundan onların ictimai-siyasi proseslərdə iştirak səviyyəsi məqsədəuyğun şəkildə artırılır: “Müstəqilliyimizin ilk illərində ölkədə baş verən mənfi istiqamətli ictimai-siyasi proseslər ucbatından cəmiyyətin aparıcı təbəqəsi olan gənclərimizin potensialından istifadə edilməsi işi düzgün qurulmamışdı. Amma 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gəncləri vahid məqsəd ətrafında birləşdirə biləcək dövlət siyasəti işləndi. Konkret olaraq, gənclərlə birbaşa ünsiyyətdə, əlaqədə olan nazirlik formalaşdırıldı. Əlbəttə ki, bizlərin potensialını, Vətən sevgisini görən ümummilli lider Heydər Əliyev gənclərin müstəqil təhsil almasına, əldə etdiyi nəzəri və empirik bilikləri müxtəlif sahələrdə tətbiq etməsinə münbit şərait yaratdı”.
Ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Məryam Qulamova bildirib ki, son dövrlərdə ölkəmizin siyasi, iqtisadi imkanlarının genişlənməsi bu siyasətin səmərəliliyini daha da artırıb: “Gənclərimizin milli ruhda tərbiyə olunması, mükəmməl təhsil alması və müxtəlif sahələrdə bacarıqlı kadr kimi öz potensialından dövlət naminə istifadə etməsi üçün imkanlar daha da artırılıb. Xüsusilə qeyd edim ki, bu gün idman infrastrukturunun modernləşdirilməsi, yeni olimpiya komplekslərinin inşa olunması gənclərimizin sağlam inkişafına böyük töhfələr verməkdədir. Gənclərimizin xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında oxumaları üçün geniş imkanlar yaradılıb. Bütün bunlar məhz, Prezident İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir”.
Gender siyasətinə toxunan Məryam Qulamova deyib ki, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ Azərbaycanda verildiyi kimi, bu gün də qadınlar bütün yüksək vəzifələrdə çalışırlar, dövlətin inkişafına öz töhfələrini verirlər: “Əlbəttə ki, bu gün qadınlar beynəlxalq səviyyədə əzmli, fədakar Azərbaycan qadınını təmsil edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətini, şücaətini özləri üçün əsl örnək hesab edirlər”.
RAMİL
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

