Azərbaycanda majoritar seçki sistemi özünü doğruldub
15.01.2010 [11:11]
Müxalifət partiyaları parlament seçkiləri ilində Azərbaycanda proporsional seçki sisteminin bərpası məsələsini yenidən gündəmə gətirib. APA-nın məlumatına görə, 2002-ci ildə keçirilən referendumda ləğv olunmuş proporsional seçki sisteminin bərpası üçün müxalifət aidiyyəti dövlət qurumlarına müraciət etmək fikrindədir. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycanda 2002-ci ildən tətbiq olunan majoritar seçki sistemi özünü doğruldub: “Majoritar seçki sistemi dünyanın əksər ölkəsində mövcuddur. Biz bu sistemə tərəfdarıq və proporsional seçki sisteminə qayıtmağa ehtiyac görmürəm. Əgər müxalifət demokratiyanın əsas atributlarından birinin proporsional seçki sistemi olduğunu bildirirsə, majoritar seçki sisteminin olduğu Böyük Britaniya bəyəm antidemokratik ölkədir? Onlarla demokratik ölkə göstərə bilərəm ki, orada proporsional seçki sistemi heç vaxt tətbiq olunmayıb, tarix boyu majoritar seçki sistemindən istifadə edilib. ABŞ-da da majoritar seçki sistemindən istifadə edilir. Yəni hər ölkənin müəyyən seçki sistemi var. Proporsional sistemin özünün bu gün Almaniyada, İtaliyada yayılmış formaları belə əslində majoritar seçki sistemidir. Yəni burada kimin namizədlər siyahısının neçənci yerində dayanmasından asılı olmayaraq, vətəndaş şəxslərə səs verir. Bu gün dünyanın əksər hissəsində şəxsiyyətə və siyasi xəttə səs vermək aparıcı yer tutur. Əslində, siyasi xətdən öncə şəxsiyyətə səs verilir”.
M.Qurbanlı Azərbaycanda qarışıq seçki sistemindən bir müddət istifadə edildiyini də xatırladıb: “Amma təcrübə göstərir ki, ən yararlı sistem majoritar sistemdir”.
Mübariz Qurbanlı, həmçinin, deyib ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən seçkilərə həmişə hazır olub və növbəti parlament seçkilərinə də hazırdır. YAP-ın yerli təşkilatlarının daim fəaliyyət göstərdiyini, işlək strukturlarının olduğunu bildirən M.Qurbanlı buna görə də seçkilərlə bağlı partiyanın hər hansı problemini olmadığını deyib. M.Qurbanlı partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin müəyyənləşdirilməsi prosesinin başlamadığını da bildirib: “Namizədlər müəyyən olunarkən onlar cəmiyyətə təqdim ediləcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

