/ / "Haffinqton Post": Azərbaycan kimi bir dostun itirilməsi ABŞ-ın xarici siyasəti və maraqları üçün böyük zərbə ola bilər
"Haffinqton Post": Azərbaycan kimi bir dostun itirilməsi ABŞ-ın xarici siyasəti və maraqları üçün böyük zərbə ola bilər
15.01.2010 [11:09]
Məqalədə bildirilir ki, Şərq-Qərb enerji dəhlizinin fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb ölkələri üçün çox böyük önəm daşıyır.
Müəllif qeyd edir ki, müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan dünyəvilik və dözümlülük baxımından nümunədir. öz siyasətində Qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan istər iqtisadi, istərsə də diplomatik məsələlərdə ABŞ-la müttəfiqlikdən irəli gələn bütün vəzifələri yerinə yetirir. Lakin təəssüf ki, rəsmi Vaşinqton bunu kifayət qədər qiymətləndirmir və Azərbaycana qarşı çox zaman laqeydlik göstərir. Bu isə Azərbaycanda ABŞ-a qarşı münasibətin soyuqlaşmasına gətirib çıxara bilər.
Müəllif vurğulayır ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında bu məqsədlə imzalanmış protokollara qarşı çıxmır. Əslində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan ilə dialoq aparır. Azərbaycanı narahat edən əsas məsələ ondan ibarətdir ki, ABŞ siyasətçiləri və diplomatları normallaşma prosesinə xüsusi önəm verməklə regionda real qeyri-sabitlik yaradan əsas məsələni arxa plana keçirirlər. Azərbaycan, sadəcə, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesinin Dağlıq Qarabağ münaqişəsinin həllində əldə ediləcək irəliləyişdən asılı olacağına əmin olmaq istəyir. Reallıq isə bundan ibarətdir ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınıb. BMT, Avropa İttifaqı kimi nüfuzlu təşkilatlar, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Buna görə də, münaqişənin həllinə biganəlik göstərilməməli, əksinə, onun həlli istiqamətində səylər daha da artırılmalıdır.
Məqalədə qeyd edilir ki, Azərbaycan dəfələrlə dünya ictimaiyyətinin diqqətini regiondakı problemlərə biganə münasibət bəslənilməsinin təhlükəli nəticələr doğura biləcəyinə cəlb etməyə çalışsa da, onun bu çağırışları gözlənilən nəticəni vermir. Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan rəhbərliyi üçün nə dərəcədə əhəmiyyət daşıması da, təəssüflər olsun ki, kifayət dərəcədə qiymətləndirilmir.
Müəllif bildirir ki, Azərbaycan haqqında məlumat əldə etmək istəyən hər bir kəs bu ölkənin öz milli maraqlarından çıxış edən olduqca praqmatik bir ölkə olduğunu öyrənər. Qeyd edilir ki, ABŞ siyasətçiləri Qafqaz və Avrasiya ilə bağlı xarici siyasətdə strateji yanaşma tətbiq etməli və yaxın deyil, ən azı 20 il sonrakı tarixi nəzərə almalıdırlar. ABŞ-ın regiondakı problemlərin həllinə töhfəsi, şübhəsiz ki, müsbət nəticələr verə bilər.
Müəllif xüsusi olaraq vurğulayır ki, Azərbaycan kimi bir dostun itirilməsi ABŞ-ın xarici siyasəti və maraqları üçün böyük zərbə ola bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

