Möhkəm əqidəli və prinsipial insan
13.01.2010 [09:14]
Dünən Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılovun 75 illik yubiley mərasimi keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov yubilyarın həyat və fəaliyyəti haqqında danışaraq F.İsmayılovun şərəfli ömür yolu keçdiyini bildirib. F.İsmayılovun tanınmış elm xadimi olduğunu da xatırladan akademik yubileyin təhsil ocağında keçirilməsinin təsadüfi olmadığını deyib. O, F.İsmayılova gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək F.İsmayılovu 75 illik yubiley münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, F.İsmayılov bütün siyasi fəaliyyətində Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalıb. “Bu gün 75 illik yubileyini qeyd etdiyimiz Fikrət İsmayılov keçməkeşli ömür yolu keçib. Bütün fəaliyyətində o, dövlətçiliyə sadiq olub və xalqımıza şərəflə xidmət göstərib. Xüsusilə qeyd etmək istəyirəm ki, Fikrət müəllim Heydər Əliyev ideyalarına sadiq bir insandır” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, yubilyar Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edib. Onun sözlərinə görə, F.İsmayılovun rəhbərlik etdiyi YAP Yasamal rayon təşkilatı böyük bir strukturdur. Belə ki, bu təşkilat öz ətrafında 24 min nəfərə qədər üzvü birləşdirir. Bunun böyük bir qüvvə olduğunu qeyd edən Əli Əhmədov təşkilatın siyasi proseslərdə fəal iştirak etdiyini bildirib. YAP Sədrinin müavini qeyd edib ki, F.İsmayılovun xidmətləri dövlət tərəfindən qiymətləndirilib və o, ölkə Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Əli Əhmədov yubilyara gələcək elmi və siyasi fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, ilk fəaliyyətə Yasamal rayonunda başlayıb və partiyaya da bu rayon təşkilatında üzv qəbul edilib. B.Muradovanın sözlərinə görə, partiya fəaliyyəti ilə məşğul olduğu zaman F.İsmayılovla tanışlığı başlayıb. Onun sözlərinə görə, F.İsmayılov möhkəm əqidəli və işində prinsipial şəxsdir: “Məhz bu, xüsusiyyətlər yubilyara fəaliyyətində hər zaman uğurlar gətirib”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov isə F.İsmayılovun Azərbaycan cəmiyyətində görkəmli elm xadimi kimi tanındığını vurğulayıb. Onun sözlərinə görə, yubilyar öz fəaliyyəti ilə Azərbaycan elminə töhfələr verib.
Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının fəaliyyətində F.İsmayılovun özünəməxsus rolunun olduğunu vurğulayıb. O, qeyd edib ki, F.İsmayılov 1992-ci ildə YAP yarandıqdan sonra bütün ömrünü daha çox partiya işinə sərf edib.
Mərasimdə, həmçinin, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Xalq şairi Nəriman Həsənzadə və digərləri çıxış edərək yubilyar haqqında fikirlərini bildirib, ona cansağlığı, uğurlar arzulayıblar.
75 illik yubileyini qeyd edən F.İsmayılov deyilən bütün xoş sözlərə görə təşəkkürünü bildirib. O, bütün həyatı boyu Heydər Əliyev yoluna sadiq olduğunu qeyd edərək, bu yoldan heç zaman dönməyəcəyini vurğulayıb: “çünki, bu yol Azərbaycanı xoşbəxt gələcəyə aparan yoldur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

