Türkiyə ilə Rusiya arasında münasibətlərə Ermənistan müdaxilə etmək iqtidarında deyil
09.01.2010 [09:26]
“Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə münasibətlərində bir sıra məsələlərin həllinə yönəlib. Məlumdur ki, son illər bu dövlətlər arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bir sıra iqtisadi layihələrdə Rusiya və Türkiyənin ortaq maraqları görünməkdədir. Xüsusilə, enerji sahəsində bu dövlətlər müəyyən layihələri birgə həyata keçirməkdədirlər”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfərini şərh edərkən deyib.
Türkiyə və Rusiyanın hələ sovetlər dönəmində müəyyən problemlərinın olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, hazırda iki ölkənin münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi müşahidə olunur. YAP İcra katibinin müavini qeyd edib ki, bu dövlətlər arasında yaxınlaşma, iqtisadi-siyasi münasibətlərin dərinləşməsi nəticə etibarilə Cənubi Qafqazdakı problemlərin həllinə müsbət təsir göstərir və göstərəcək: “Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Türkiyə mətbuatının verdiyi məlumata görə, aparılan danışıqlarda Qarabağ məsələsi də gündəmdə olacaq. Bu təsadüfi deyil, çünki Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması üçün müxtəlif layihələr ortaya qoyub. Xüsusilə, Qafqazda Sülh və Sabitlik Paktı ideyasını irəli sürüb. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Türkiyə bu bölgədə sülhün yaradılması üçün ən çox səy göstərən dövlətlərdən biri kimi çıxış edib”.
M.Qurbanlının sözlərinə görə, cənab Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər. “Rusiya Minsk qrupunun həmsədridir, Türkiyə isə Minsk qrupunun üzvü və böyük bir dövlətdir. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir. Ona görə ki, bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana “nəfəs” vermiş olardı. Ancaq Türkiyənin o mövqeyi də aydındır ki, Qarabağ məsələsi həll edilmədən sərhədlər açılmayacaq. Bu baxımdan, gözlənilən səfərdə hesab edirəm ki, bir sıra kompleks məsələlərin müzakirəsi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq”, - deyə YAP İcra katibinin müavini bildirib.
M.Qurbanlı hesab edir ki, səfər öncədən planlaşdırılıb, onun Ermənistandakı müzakirələrə heç bir bağlılığı yoxdur və olmamalıdır: “çünki Türkiyə böyük dövlətdir və bu gün dünyanın 20 ən qabaqcıl ölkəsi sırasındadır. Bugünkü Türkiyə hansısa kiçik dövlətlərin təzyiqi ilə öz siyasətinə düzəlişlər edən dövlət deyil. Buna görə də, Ermənistanın Konstitusiya Məhkəməsində protokolların müzakirəsinin bu səfərlə əlaqələndirilməsi doğru olmaz”.
Millət vəkilinin fikrincə, Türkiyə ilə Rusiya arasında münasibətlərə hansısa bir formada Ermənistan müdaxilə etmək iqtidarında deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

