Sumqayıtda seçkilər zamanı ciddi qanun pozuntuları müşahidə edilməyib
24.12.2009 [09:44]
Dünən Azərbaycanda növbəti dəfə bələdiyyə seçkiləri keçirilib. Böyük seçici aktivliyi ilə müşahidə olunan bələdiyyə seçkiləri Sumqayıtda da yüksək demokratik prinsiplər əsasında baş tutub. Xatırladaq ki, Sumqayıt şəhərində 4 seçki dairəsi üzrə səsvermə keçirilib. Sumqayıt şəhər 41 saylı I Seçki Dairəsi ərazisində iki bələdiyyə üzrə seçkilər keçirilib. Dairə üzrə 61 namizəd qeydə alınıb, onlardan 38-i Zeynalabdin Tağıyev bələdiyyəsi, 23-ü isə Sumqayıt şəhər bələdiyyəsi üzrə marafona qoşulub. Dairənin ümumilikdə 44084 seçicisi var. Bundan başqa, dairədə 312 yerli müşahidəçi qeydiyyatdan keçib. Dairənin 38 seçki məntəqəsi var. 42 saylı II Sumqayıt Seçki Dairəsində isə yalnız 1 Sumqayıt şəhər bələdiyyəsi üzrə seçki keçirilib. 44686 seçicisi olan dairənin 40 seçki mənətəqəsi var ki, onların da 8-də veb-kameralar quraşdırılıb. Dairə üzrə 23 namizəd qeydə alınıb. Bundan əlavə, dairə üzrə 361 nəfər müşahidəçi seçkinin gedişatını izləyib. 43 saylı Sumqayıt III Seçki Dairəsi üzrə isə 20 namizəd qeydə alınıb. Dairə üzrə 35 məntəqədə 44418 seçicisi mövcuddur. Məntəqələrin 5-də veb-kameralar quraşdırılıb. 316 yerli müşahidəçi qeydə alınıb. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə 44381 seçici var. Dairə üzrə Sumqayıt bələdiyyəsinə 11, Ceyranbatan qəsəbə bələdiyyəsinə 29, Corat bələdiyyəsinə 29, Saray bələdiyyəsinə 31, Novxanı bələdiyyəsinə 24 və Digah bələdiyyəsinə 15 namizəd qeydə alınıb. Dairənin dislokasiyasında olan 34 mənətəqənin 9-da veb-kameralar quraşdırılıb.
41 saylı I Sumqayıt Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində proses olduqca şəffaf şəkildə irəliləyib. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də bildirdilər ki, seçki prosesinə heç bir kənar müdaxilə edilməyib və qanundan kənar addımlar atılmayıb. Böyük Quruluş Partiyasından müşahidəçi qismində seçkini izləyən Emin Əliyev bildirdi ki, seçki azad və ədalətli şəraitdə keçirilib. BAXCP-dən olan müşahidəçi Aynurə Xudiyeva da seçkilərin qanun çərçivəsində keçdiyini dedi.
41 saylı I Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində də proses azad və şəffaf formada keçib. Müşahidəçi Xalidə Məmişova bildirdi ki, seçicilərin azad şəkildə səs verməsi üçün bütün şərait yaradalıb. Dairənin 17 saylı seçki məntəqəsində də vəziyyət analoji olub. Məntəqə Seçki Komissiyasının sədri Aytən Eyvazova bildirdi ki, seçkinin gedişatında heç bir qanun pozuntusuna yol verilməyib, proses şəffaf şəkildə inkişaf etdirilib. Məntəqədə ümid partiyasından olan müşahidəçi Vəsilə Qarayeva da insanların fəallığını xüsusilə vurğuladı. Onun sözlərinə görə, gün ərzində yüksək seçici fəallığı müşahidə edilib. Dairənin 21 saylı seçki məntəqəsinin komissiya üzvü, VHP-ni təmsil edən Gülnarə Heybətova da bildirdi ki, seçicilər azad şəkildə səsvermədə iştirak edib öz namizədlərinə səs veriblər. Həmin dairənin 22 saylı seçki məntəqəsinin sədri Sevindik Mehdiyev səhər saat 8-dən məntəqədə səsverməyə start verildiyini qeyd etdi. Komissiya üzvü Emin Yunusov da bildirdi ki, səhər saatlarında seçici fəallığı yüksək olub və günortadan sonra bu aktivlik daha da yüksəlib.
42 saylı Sumqayıt II Seçki Dairəsinin 26 saylı seçki məntəqəsinin sədri Teymur Səmədov seçki prosesinin yüksək fəallıqla inkişaf etdiyini bildirdi. ADİP-dən olan komissiya üzvü Ziyəddin Əliyev seçicilərə azad, şəffaf və ədalətli şəkildə bələdiyyə üzvləri seçmək üçün şərait yaradıldığını dedi. Dairənin 35 saylı seçki məntəqəsində Ədalət Partiyasından olan komissiya üzvü Yeganə Zakirova səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini söylədi. Onun sözlərinə görə, prosesə heç bir kənar müdaxilə olmayıb. Məntəqədə bildirildi ki, 9 seçici xəstə olduğu üçün məntəqəyə müraciət edib və onlara səyyar qutular göndərilib. 42 saylı III Seçki Dairəsinin 13 saylı seçki məntəqəsinin sədri Samiddin Qasımov səsvermədə heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdi. Məntəqə sədri qeyd etdi ki, seçici fəallığı ilə müşahidə olunan səsvermədə azad və şəffaf seçim üçün bütün şərait yaradılıb. Məntəqə komissiyasının ümid partiyasından olan üzvü Rövşən Hacıyev də qeyd etdi ki, seçki məntəqəsində seçicilərə qarşı hər hansı bir qanun pozuntusuna rast gəlməyib. Dairənin 14 saylı seçki məntəqəsinin sədri İbrahim Əliyev səsvermənin olduqca şəffaf şəkildə keçirildiyini söylədi. Məntəqədə seçkini müşahidə edən Müsavat Partiyasının üzvü Vaqif Musayev bildirdi ki, seçici aktivliyi olduqca yüksəkdir və heç bir qanun pozuntusuna yol verilməyib. Onun sözlərinə görə, insanlar böyük həvəslə məntəqələrə gələrək bələdiyyə üzvlüyünə namizədlər arasında seçim edirlər. YAP-dan olan komissiya üzvü Aysel Xəlilova da bildirdi ki, seçici fəallığı olduqca yüksəkdir. 42 saylı III Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində də proses olduqca yüksək şəffaflıqla müşahidə edilib. Prosesi müşahidə edən AVP-dən olan Mətanət Verdiyeva seçicilərin səsvermədə yüksək səviyyədə iştirak etdiklərini dedi.
PƏrviz
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

