Xırdalan seçiciləri xalqa xidmət prinsipini üstün tutanlara səs verib
24.12.2009 [09:43]
Dünən Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Seçki prosesini izləmək məqsədi ilə Xırdalan şəhərindəki bir neçə məntəqədə olduq. Qeyd edək ki, həmin seçki məntəqələrində seçici fəallığı müşahidə olunurdu.
Baş çəkdiyimiz 45 saylı Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Sevinc Əliyeva seçici fəallığının qeydə alındığını dedi: “Seçki siyahısında 1474 nəfər seçicimiz var. Fəallıq hiss olunur. Seçicilərimiz 42 namizəd arasında seçim edir. Onlardan ən çox səs toplayan 17 nəfər bələdiyyədə təmsil olunacaq”.
Seçici Anar Həsənov dedi ki, hər zaman seçkilərdə iştirak edib: “Xüsusən, bələdiyyələrə kimin seçilməsinin hər birimiz üçün əhəmiyyəti böyükdür. çünki getdikcə, bələdiyyələrin həyatımızda rolu artır. Mən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdim”.
45 saylı Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində də yerli idarəetmə orqanına seçkilərdə fəallıq hiss olunmaqda idi. Seçki məntəqəsinin sədri İslam Əliyev dedi ki, səsvermə çox yüksək səviyyədə keçirilir: “Bizim məntəqədə səs verən bütün seçicilər seçki prosesinə fəal qoşulub. Seçki siyahısında 1450 seçicimiz var. Seçkiləri məntəqədə müşahidəçilər izləyir. 42 namizəd seçicilərin seçiminə buraxılıb. Onlar müxtəlif partiyaların nümayəndələridir. Demək olar ki, 8 partiya bu seçkidə öz namizədləri ilə təmsil olunur”.
Seçici Nəzakət İsayeva bildirdi ki, bələdiyyə seçkilərinə qatılan namizədlərin hər biri haqqında ümumi məlumatı var: “Hesab edirəm ki, səs verdiyim namizədlər bələdiyyədə təmsil olunmağa layiqdir”.
22 saylı seçki məntəqəsinin sədri Elmira Yaqubovanın sözlərinə görə, bu məntəqədə də seçicilər arasında xüsusi fəallıq qeydə alınıb: “1470 nəfər seçicimiz var. Seçicilərimiz səhər saatlarından etibarən xüsusi fəallıq nümayiş etdirdilər. Gördüyünüz kimi, məntəqədə işləmək və səs vermək üçün bütün şərait yaradılıb. Müşahidəçilər prosesi rahat izləyə bilir. Seçkidə tam şəffaflıq təmin olunub. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Seçici Afiq Hüseynov da bütün seçkilərdə fəal olmağa çalışdığını dedi: “Xüsusən, bələdiyyələri ölkənin inkişafında mühüm rol oynayan strukturlardan hesab edirəm. Ona görə də, bələdiyyə seçkilərindən kənarda qalanları başa düşmürəm. Məncə, bu seçkidə iştirak etməmək öz taleyinə biganə qalmaq deməkdir. Təbii ki, namizədlərə səs verərkən onların bacarığını qiymətləndiririk”.
45 saylı Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində komissiya üzvü Rasim Hüseynov isə seçki məntəqəsində 1450 nəfər seçicinin qeydiyyatının aparıldığını bildirdi: “Onların bir qismi artıq seçkiyə gəlib. Seçicilər fəaldır. Seçki gününün yeni başlamasına baxmayaraq, artıq 130 nəfər səs verib. Xüsusi şərait yaradılıb. 10 nəfərə yaxın müşahidəçi var. Proses obyektiv şəraitdə gedir”.
Seçici Tənzilə Həbibzadə səsvermədə iştirak etdiyini bildirdi: “Seçkiqabağı proseslə yaxından tanış olduğum üçün kimlərə səs verməyimlə bağlı problemim olmadı. Daha doğrusu, fəaliyyətlərində xalqa xidmət prinsipini üstün tutanlara səs verdim”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

