Bu gün 118 seçki dairəsinin 4813 məntəqəsində bələdiyyə seçkiləri keçirilir
23.12.2009 [09:23]
Bələdiyyə seçkilərinə hazırlığın yekunları ilə əlaqədar dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M.Pənahov bildirib ki, seçki komissiyaları seçkilərin keçirilməsinə tam hazırdır. “Dekabrın 23-də bələdiyyə seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün imkanlar mövcuddur. ölkədə normal seçki mühiti var. Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi üçün bütün tədbirləri həyata keçirib” deyə MSK sədri vurğulayıb. M.Pənahovun sözlərinə görə, bələdiyyə seçkiləri digər seçkilərlə müqayisədə daha mürəkkəbdir. Bu da seçkilərin konkret bələdiyyə ərazilərində keçirilməsi ilə bağlıdır. MSK sədri xatırladıb ki, ölkə üzrə 1718 bələdiyyəyə seçkilər keçiriləcək. 31 min nəfərə yaxın namizəd 15 min 682 yer uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, seçkilər 118 seçki dairəsinin ərazisində 4813 seçki məntəqəsində keçiriləcək.
M.Pənahov bildirib ki, dekabrın 23-də “Seçkilər” İnformasiya Mərkəzində səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ictimaiyyətə məlumatlar çatdırılacaq: “Bələdiyyə seçkiləri əhəmiyyəti baxımından prezident və parlament seçkilərilə müqayisə oluna bilməz. Amma bu seçkiləri keçirmək kifayət qədər mürəkkəb prosesdir. Prezident seçkilərində bir bülletenlə, parlamentdə 125 bülletenlə, bələdiyyə seçkilərində isə 1718 fərqli bülleten üzrə səs veriləcək. Yəni, ictimaiyyətə 1718 müxtəlif bülletenlə bağlı məlumatları açıqlamalıyıq. Seçki keçirilən bələdiyyələrdə ən az 5 üzv, ən çox isə 19 üzv yerləri var. Bələdiyyələrdə ən az 10, bəzilərində isə 100-ə qədər namizəd var. Buna görə də seçki dairələrindən daxil olan məlumatların araşdırılması bir qədər vaxt aparacaq. Amma maksimum dərəcədə ictimaiyyətə səsvermənin nəticələrinin operativ şəkildə çatdırılmasına, səsvermənin nəticələrini MSK-nın saytına yerləşdirməyə çalışacağıq”.
M.Pənahov bildirib ki, bələdiyyə seçkilərini 50 min nəfərə yaxın müşahidəçi izləyəcək. 1160 nəfər MSK-da, 48 min 388 nəfər isə DSK-larda müşahidəçi kimi qeydiyyatdan keçiblər. Seçkiləri, həmçinin, 52 beynəlxalq müşahidəçi izləyəcək. Beynəlxalq müşahidəçilər Avropa Şurasını, Avropa İttifaqını, İFES-i, ATƏT-in Bakı ofisini və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusları təmsil edirlər.
M.Pənahovun sözlərinə görə, namizədlərin qeydə alınma mərhələsində 33 857 nəfər DSK-lara imza vərəqələrini təqdim edib. Onlardan 953 nəfərin namizədliyini qeydə almaqdan imtina edilib. “Bu isə ümumilikdə çox kiçik bir rəqəmdir. Adətən bələdiyyə seçkilərində seçici fəallığı digər seçkilərlə müqayisədə aşağı olur. Bu, bütün dünyada belədir. Azərbaycanda da bu hal müşahidə olunur. İlk bələdiyyə seçkilərində 33 faiz seçici iştirak etmişdi. 2004-cü ildə bu rəqəm 46 faiz olub”.
M.Pənahov bildirib ki, namizədlərin 16 755-i siyasi partiyalar, 14 073-ü bitərəflər, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb: “Siyasi partiyalar kifayət qədər prosesdə fəal iştirak edirlər və 16 partiya namizəd irəli sürüb”.
Seçici siyahılarına gəlincə, hazırda 4 milyon 600 minə yaxın seçici qeydiyyatdan keçib və onlar bələdiyyə seçkilərində səs vermək hüququna malikdir. M.Pənahov bildirib ki, seçici siyahılarının hazırlanması baxımından Azərbaycanın təcrübəsi Avropa standartlarına tam cavab verir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanın bu təcrübəsini yüksək qiymətləndirirlər. MSK sədri qeyd edib ki, səsvermə günü də daxil olmaqla seçici siyahılarının dəqiqləşdirilməsi işi davam etdiriləcək.
MSK sədri seçki kampaniyasının təşviqat mərhələsi ilə bağlı komissiyaya heç bir şikayətin daxil olmadığını da vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

