Azərbaycanla Rusiyanın münasibətləri yüksək səviyyədədir
23.12.2009 [09:22]
Dünən Milli Məclisdə Azərbaycan parlamenti və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 8-ci iclası keçirilib. Tədbiri giriş sözü ildə açan Milli Məclis sədrinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Valeh Ələsgərov bildirib ki, iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq, Moskvada keçirilən 7-ci iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycan ilə Rusiya arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın qanunvericilik baxımından təmin edilməsi perspektivləri nəzərdən keçiriləcək. V.Ələsgərov Rusiya və Azərbaycanın milli qanunvericilik və normativ hüquqi bazalarının dünya təcrübəsi normalarına uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində komissiyanın fəaliyyətinin davam etdirilməsinin vacibliyini də vurğulayıb. O, indiyədək görülən işlərdən razı qaldığını bildirərək deyib ki, Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı hörmət və etimad əsasında bütün formatlarda əməkdaşlıq etməyə hazırdır.
Rusiya Federasiyası Federal Məclisi sədrinin müavini, komissiyanın həmsədri Svetlana Orlova da çıxışında Rusiya-Azərbaycan parlamentlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirib. O, ümumilikdə iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib: “Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Praktiki olaraq hər iki dövlət arasında bütün vacib məsələlər, o cümlədən, iqtisadi məsələlər həll olunub”.
İki dövlət arasında mövcud əlaqələrin inkişaf perspektivləri haqqında da müsbət fikirlər ifadə edən S.Orlova Azərbaycanda rus dilinə diqqətdən, Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin filialının və “Rus kitab evi”nin açılmasından razılığını bildirib. Onun sözlərinə görə, bu cür faktlar xalqlarımız arasında münasibətlərin nə qədər böyük tarixə malik olduğunu göstərir. “Bu yaxınlarda Ulyanovskda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə böyük bir korpünün açılışı oldu. Həmin körpünün tikilməsi vaxtilə Heydər Əliyevin təşəbbüsü olub. Və nəhayət, Onun təşəbbüsü ilə başlanan bu iş sona çatıb. ümumiyyətlə, Ulyanovskda yaşayan sadə insanlar Heydər Əliyevi həmişə dərin ehtiramla xatırlayırlar” deyə Rusiya Federal Məclisinin sədr müavini vurğulayıb.
Samur çayı üzərində körpünün tikildiyini, daxili sulardan istifadə məsələsinin həll olunduğunu deyən komissiyanın həmsədri ikitərəfli investisiyaların qorunmasının problem olaraq qaldığını bildirib. Onun fikrincə, bu problemin həll olunmasının vaxtı çatıb. S.Orlova, həmçinin, miqrantların qeydiyyatının da sadələşdirilməsini təklif edib.
Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. öncə komissiyanın tərkibində və prosedur qaydalarında müəyyən dəyişikliklər edilib.
İqtisadi inkişaf nazirinin müavini Nizami Səfərov çıxışında bildirib ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici iqtisadi siyasətində prioritet məsələdir. Onun sözlərinə görə, 2009-cu ildə də Azərbaycanda uğurlu inkişaf qeydə alınıb. Dünya böhranına baxmayaraq nəzərdə tutulan bütün layihələr həyata keçirilib. N.Səfərov qeyd edib ki, son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb. 2009-cu ilin 11 ayı ərzində üDM 9 faiz, sənaye istehsalı 8 faiz, kənd təsərrüfatı 3 faiz artıb. ölkənin valyuta ehtiyatları isə 19,7 milyard dollar həcmindədir. “Bəzi ekspertlər Azərbaycan iqtisadiyyatının neft amili ilə bağlı oduğunu iddia edirlər. Bu rəqəmlər isə onların iddialarının əsaslı olmadığını göstərir” deyən nazir müavini əlavə edib ki, Azərbaycan Rusiya Federasiyasının subyektləri ilə də sıx əlaqələr qurub. Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi təxminən 1,5 milyard dollar olub. Bunun da 618 milyon dolları ixrac, 890 milyon dolları isə idxal məhsullarıdır. ötən dövrlərlə müqayisədə ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunduğunu deyən N.Səfərov bu faktı dünya iqtisadi böhranı ilə əlaqələndirib. Bununla belə, o, ikitərəfli iqtisadi dövriyyənin artacağına ümidvar olduğunu bildirib. Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda rus kapitalı ilə fəaliyyət göstərən 334 müəssisə var.
İclasın sonunda ikitərəfli parlamentlərarası komissiyanın 8-ci iclasının protokolu imzalanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

