/ / Tarif Şurasının nəqliyyat sektorunda qiymətlərin tənzimlənməsinə dair müvafiq qərarı mövcud reallıqlara əsaslanır
Tarif Şurasının nəqliyyat sektorunda qiymətlərin tənzimlənməsinə dair müvafiq qərarı mövcud reallıqlara əsaslanır
04.08.2018 [08:44]
Ekspertlər bu qərardan sonra nəqliyyat sektorunda infrastruktur təminatı baxımından yeni keyfiyyət dəyişikliklərinin olacağını diqqətə çatdırırlar
Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 30 iyul tarixli qərarına əsasən, cari il avqustun 1-dən etibarən ölkəmizdə metroda və digər ictimai nəqliyyatda yeni qiymətlər tətbiq edilir. Şuranın Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması ilə bağlı müraciətlərə uyğun olaraq qəbul etdiyi qərara əsasən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Ümumiyyətlə, dünya ölkələrinin analoji təcrübəsinə nəzər saldıqda bəlli olur ki, Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Məhz bu faktoru əsas götürən ekspertlər Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair müvafiq qərarının mövcud reallıqlardan qaynaqlandığını diqqətə çatdırırlar. Xüsusi olaraq qeyd edilir ki, yeni tarif dəyişikliyindən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır.
Milli Məclisin deputatı Cavid Osmanov sözügedən məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında xeyli müddətdir ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlərdə dəyişiklik olmadığını nəzərə çatdırıb. Millət vəkili bildirib ki, buna paralel olaraq nəqliyyat infrastrukturu yenidən qurulub və mütəmadi olaraq təkmilləşdirilib. Bu gün artıq ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara cavab verir. “Tarif Şurasının müvafiq qərarı sərnişindaşımada xidmət səviyyəsinin daha da yüksəldilməsinə şərait yaradacaq. Yəni yeni tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək, onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”, - deyə C.Osmanov əlavə edib.
“Ölkəmizdə müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə təsdiq edilib. Metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq olunub. Yəni uzun müddətdir ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlərdə dəyişiklik olmayıb. Hazırda isə yeni çağırışlar meydana çıxıb və nəqliyyat sahəsində müasir standartlara cavab verən infrastrukturun daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməli idi. Məhz bu baxımdan, Tarif Şurasının müvafiq qərarı olduqca anlaşılan və yerində verilmiş qərardır. Hesab edirəm ki, bu qərardan sonra nəqliyyat sektorunda infrastruktur təminatı baxımından yeni keyfiyyət dəyişiklikləri olacaq”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
“Bir çox region ölkələrinin nümunəsinə nəzər saldıqda aydın olur ki, yeni dəyişikliklərdən sonra da Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə görə tariflər xeyli aşağıdır”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

