Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əhməd Munir: AZƏRTAC ilə Antara agentliyi arasında yaxşı əlaqələr qurulub

Əhməd Munir: AZƏRTAC ilə Antara agentliyi arasında yaxşı əlaqələr qurulub

20.04.2018 [10:26]

AZƏRTAC ilə Antara agentliyi arasında yaxşı əlaqələr qurulub. Hər iki agentlik uzun müddətdir ki, bu əlaqələri qoruyub saxlayır və daha da genişləndirməyə çalışır.
Bunu AZƏRTAC-a müsahibəsində İndoneziyanın Antara xəbər agentliyinin direktoru Əhməd Munir deyib.
Antara və AZƏRTAC-ın mütəmadi olaraq informasiya mübadiləsi apardıqlarını söyləyən Əhməd Munir hər iki agentliyin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. “Biz ölkələrimizin mədəniyyətini, incəsənətini, tarixini təbliğ etmək məqsədilə birgə sərgilər təşkil edə bilərik. Belə ki, hər iki agentliyin fotomüxbirləri Bakı və Cakartanın görməli yerlərini lentə almaqla birgə fotoalbom hazırlayıb buraxa bilər”, - deyə agentliyin direktoru qeyd edib.
Əhməd Munir AZƏRTAC və Antaranın hər iki ölkənin xalqlarına xidmət edən əlaqələri daha geniş məcrada inkişaf etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Agentliklərimizin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində də əməkdaşlığı gücləndirəcəyinə əmin olduğunu bildirən Əhməd Munir deyib: “Xalqlarımız ortaq dəyərlərə malikdir. Antara Azərbaycanın aparıcı xəbər agentliyi olan AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir. Düşünürəm ki, imzaladığımız Anlaşma Memorandumunda nəzərdə tutulan fəaliyyəti intensivləşdirmək məqsədilə birgə layihələr həyata keçirməliyik”.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30