Müəllim - dünyada ən yüksək ad
26.06.2009 [12:11]
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü keçirilib. Universitet üçün əlamətdar olan bu mərasimdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və başqaları iştirak ediblər.
Qonaqlar öncə universitetdə kompyuterlər vasitəsilə keçirilən semestr və dövlət imtahanlarını müşahidə ediblər. Təhsil naziri Misir Mərdanov ADPU-nun tətbiq etdiyi bu texnologiyanı təqdir edərək digər ali məktəblərdə də bu üsuldan istifadə edilməsini məqsədəuyğun sayıb. Onun fikrincə, bu texnologiyanın tətbiqi nəticəsində hər hansı subyektivliyə yol verilmir. ADPU-nun Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini deyən M.Mərdanov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar qarşısında çıxış edən ADPU-nun rektoru Yusif Məmmədov bildirib ki, müəllimlik peşəsi cəmiyyətdə mövcud olan peşə və ixtisasların arasında xüsusi yer tutur: “Müəllimlik çətin, məsuliyyətli, amma eyni zamanda şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun elmi dünyagörüşünü, daxili mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs bir varlıqdır. Bütövlükdə götürdükdə isə xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır”.
Onun sözlərinə görə, hazırda respublikamızın kənd rayonlarında pedaqoji kadrlara böyük tələbat var. Universitetin məzunlarının respublikamızın müxtəlif bölgələrində müəllim kimi fəaliyyətə başlaması bu tələbatın ödənilməsində mühüm rol oynayacaq. Rektor qeyd edib ki, bu il universiteti 10 fakültə üzrə əyani şöbədə 1214 nəfər, qiyabi şöbədə isə 8 fakültə üzrə 660 nəfər bitirir. Hər il olduğu kimi 2009-cu ildə də universitetin əyani şöbəsini bitirən məzunlar respublikanın 50-dən çox rayonuna öz ixtisasları üzrə işləməyə göndəriləcəklər. Y.Məmmədovun sözlərinə görə, bu il ADPU-nu riyaziyyat, fizika, kimya və biologiya ixtisasları üzrə bitirmiş 99 nəfər türkiyəli tələbə də ixtisaslarına uyğun işləmək üçün öz ölkələrinə göndəriliblər. Eyni zamanda, universiteti 10 istiqamət, 38 ixtisas üzrə 277 magistr bitirib.
Ali məktəbi bitirmək münasibətilə məzunları təbrik edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov onlara gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayıb. O qeyd edib ki, məhz bu gündən etibarən bu gənclərin həyatının yeni, mühüm mərhələsi başlayır: “Artıq sizlər əvvəllər parta arxasında oturduğunuz məktəblərə müəllim kimi qayıdırsınız. Dövlətimizin və xalqımızın sizdən gözləntiləri çoxdur. Siz bir müəllim olaraq, məktəblərdə gənc nəsli dövlətimiz üçün layiqli vətəndaş kimi yetişdirəcək, valideynlər üçün yaxşı övlad olaraq tərbiyə edəcəksiniz. İnanırıq ki, dövlətimizin və cəmiyyətimizin bu etimadını doğruldacaqsınız”.
Ə.Əhmədov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev elmə və təhsilə yüksək qayğı göstərir, bu sahənin hərtərəfli inkişafına dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşılır. Onun fikrincə, bu amil elm və təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaradır. Yeni Azərbaycan Partiyası Sədrinin müavini gənclərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün hər bir imkanın olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən akademik Budaq Budaqov məhz bu ali məktəbin məzunu olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkə təhsili sürətlə inkişaf edir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təhsil işçilərinin maddi durumu yaxşılaşdırılır: “Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın bölgələrində xeyli sayda yeni, müasir tipli məktəb binaları inşa edilib. Bütün bunlar cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir”.
B.Budaqov əmin olduğunu bildirib ki, indiki məzunlar müəllim adının şərəfini qoruyacaqlar.
Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Halis Koyuncuoğlu çıxışında bildirib ki, müəllim peşəsi müqəddəsdir. ümummilli liderimiz Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladan H.Koyuncuoğlu məzunlara bu şərəfli peşəni layiqli şəkildə təmsil etməyi arzulayıb. O qeyd edib ki, bu universitetdə xeyli sayda Türkiyə vətəndaşları da təhsil alır. Həmin tələbələr hazırda universitetin səviyyəsindən xeyli razıdırlar. “Ona görə də, Türkiyə dövləti gələcəkdə də bu təhsil ocağına tələbələrini göndərəcək”, deyən diplomat, universitetin rektoruna Türkiyənin ölkəmizdəki səfirliyinin adından diplom təqdim edib.
Qeyd edək ki, mərasim rəsmi hissədən sonra konsert proqramı ilə davam etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

