Bakıda türkiyəli müğənni və yazıçı Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun təqdimatı olub
18.12.2013 [09:28]
Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində türkiyəli müğənni və yazıçı Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün Əhməd Şəfəqin Azərbaycanda sevildiyini diqqətə çatdırıb. Bildirib ki, Əhməd Şəfəq Azərbaycanın dərdini öz dərdi bilən, Qarabağ həqiqətlərini uca səslə bəyan edən, Ermənistan-Türkiyə münasibətlərində Azərbaycanın mənafeyini qoruyan həm qələm adamı, həm də bir sənətçidir. Əhməd Şəfəq təkcə qələmi ilə deyil, səsi və ruhu ilə də türk dünyası üçün çalışır.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva vurğulayıb ki, bəzi insanlar Əhməd Şəfəqi millətçi olduğu üçün sevmir və onun fəaliyyətini kiçiltmək istəyirlər, amma bu belə deyil. Əhməd Şəfəqin əsas ideyası milliliyi, türkçülüyü qorumaqdır. Əhməd Şəfəq həm də poeziya aşiqidir. Albomun adına diqqət yetirsək, görərik ki, Əhməd Şəfəq “Vətən gözlüm” adı ilə ədəbiyyata bir yenilik gətirib. Onun yaradıcılığının əsas ideyası bu gün işğal altında olan Qarabağın Azərbaycana qaytarılmasıdır.
Türk dünyasının böyük ədibi Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri S.Vəliyeva qeyd edib ki, bir müddət bundan əvvəl Bakıda təqdimatı keçirilən və türk dilində nəşr olunan “Hüseyn Cavid. Əsərləri” adlı kitabın ərsəyə gəlməsində Ə.Şəfəqin də rolu böyük olub. Sona Vəliyeva diqqətə çatdırıb ki, gələn il yanvar ayının əvvəllərində Türkiyənin İstanbul şəhərində də bu kitabın təqdimatı keçiriləcək.
Sonra Ə.Şəfəq təqdimat mərasiminin iştirakçılarına dekabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək konserti barədə məlumat verib. O vurğulayıb ki, hər bir xalq mədəniyyətlə nəfəs alır və hər bir türk övladı mədəniyyətinin təbliği istiqamətində çalışmalıdır.
Sonda albomdan parçalar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

